“Azərbaycan-Türkiyə hərbi təlimləri düşmən mediasında çaxnaşma yaradıb”
Fidan Həmişəyeva
08:03 04.08.2020
Cəmiyyət
856
“Azərbaycan-Türkiyə birgə hərbi təlimləri düşmən ölkədə ciddi səs-küy yaradıb”.
Bu fikirləri "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib.
“Nəzərə alanda ki, bu təlimlər hələ 10 avqusta qədər davam edəcək, deməli, hələ erməni seqmentindəki narahatlıq da davam edəcək. Məlum məsələdir ki, Paşinyan və əmrindəki sorosçular daxili auditoriyadakı diqqəti yayındırmaq üçün cəbhədə iyul təxribatına əl atdı.
Əslində vəziyyət get-gedə daha da pisləşir. Bunun bir neçə ciddi səbəbi var.
Birincisi, Paşinyanın Köçəryanı həbs etdirməsi, KTMT rəhbərliyində təmsil olunan Yuri Xaçaturovu təqib etdirnəsi və Sarkisyana bağlı, rəsmi Moskva ilə loyal münasibətlərə malik siyasətçiləri sıxışdırması Rusiya və KTMT nəzdində onun nüfuzunu heçə endirdi. Avrasiya Birliyinin Minskdəki son iclasında ona göstərilən münasibət də dediklərimizin bariz sübutudur.
Digər tərəfdən Paşinyan və hakimiyyətdəki sorosçular onlara biət etmək istəməyən müstəqil vəkilləri və Konstitusiya Məhkəməsinin səlahiyyətlilərini linç etməyə, repressiyalara məruz qoymağa başladı.
Bu Qərbdən də Paşinyana qarşı olan çağırışları gücləndirdi. Nəticədə, siyasi oliqarxiyanın da həbsi Ermənistandakı yeni siyasi müqavimətin ilk qığılcımları oldu. Paşinyanın diqqəti yayındırmaq, ölkə daxilindəki ictimai rəyi çaşdırmaq üçün cəbhədəki iyrənc təxribatı da əks effekt yaratdı.”
Ekspert vurğulayıb ki, Paşinyan o qədər naşı siyasətçidir ki, siyasi proqnozlaşdırma və strategiyanı belə düzgün qura bilmir:
“Son cəbhə təxribatından sonra həm KTMT üzvü olan və Azərbaycana dost olan ölkələr Ermənistanın tələblərini qulaq ardına vurdu, həm də xaricdəki erməni diasporası da siyasi nokauta düçar oldu.
Erməni terrorunun hələ də aktual olduğu bütün dünyaya bəlli oldu, Azərbaycanın yetgin lobbi siyasəti nəticəsində dünyadan erməni vəhşiliklərinə qarşı ciddi səslər yüksəldildi.
Bütün bu hadisələrin fonunda Türkiyə rəhbərliyinin ən yüksək səviyyədə dəfələrlə Azərbaycana dəstəyini bəyan etməsi və başlayan 10 günlük birgə hərbi təılimlər Ermənistana və onun havadarlarına aydın siyasi mesajları da özündə ehtiva edir.
Son günlər Rusiyadakı erməni media adamaları da başda Simonyan olmaqla Paşinyana qarşı növbəti müqavimət hərəkatını formalaşdırıblar. Bütün bu hadisələr vahid bumeranq effekti kimi 2021-ci ildə Ermənistanda siyasi inqilab və hərbi çevriliş baş verəcəyini deməyə əsas verir.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm