Azərbaycanda əməliyyat: 40 narkotacir ƏLƏ KEÇDİ - VİDEO
Yusif Nəzərli
14:53 21.04.2022
Cəmiyyət
539
Son 15 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 40 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin şəxslərdən ümumilikdə 60 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə, 2 548 ədəd psixotrop tərkibli həb, bir ədəd tüfəng və 46 ədəd patron aşkar olunub.
Daxil olan əməliyyat məlumatı əsasında Lənkəran şəhərində keçirilən əməliyyat zamanı Astara rayon sakini Babulla Rüstəmov saxlanılıb. Onun üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı evdən 16 kiloqram marixuana, bir ədəd müvafiq sənədləri olmayan tüfəng və 25 ədəd patron aşkar edilib.
Baş İdarə əməkdaşlarının Quba rayonunda keçirdikləri əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Ənvər Rəhimov və tanışı Emil Abbasov saxlanılıblar. Bu şəxslərdən altı kiloqram heroin, tiryək, metamfetamin aşkar edilib.
Paytaxtda, eləcə də Abşeron və Bərdə rayonlarında həyata keçirilən əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 19 nəfər saxlanılıb. Bu şəxslərdən 22 kiloqram narkotik maddə, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar, 21 ədəd patron və patron darağı aşkar olunub.
Baş İdarənin Cənub və Qərb Bölgələrində regional şöbələrinin əməkdaşlarının Gəncə, Lənkəran şəhərləri, həmçinin Bərdə, Astara, Salyan və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə 18 nəfər saxlanılıb. Bu şəxslərdən ikisi – Salyan rayonunda tutulan Ramiz Ağayev və Ziya Təhməzovdan 13 kiloqram tiryək, marixuana, 1750 ədəd psixotrop tərkibli həb, elektron tərəzi və plastik kartlar aşkar olunub. Qeyd edilən şəhər və rayonlarda tutulan digər 12 nəfərdən isə üç kiloqram narkotik vasitə gtürülüb.
Saxlanılan şəxslər ifadələrində narkotik maddələrin satışını təşkil etməklə yanaşı, niyyətlərinin sosial şəbəkələr və digər vasitələrlə daha çox gənci narkokuryerliyə cəlb etmək olduğunu bildiriblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil