Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
06:45 01.10.2023
Cəmiyyət
359
Prezident İlham Əliyevin bu ilin avqustun 16-da imzaladığı sərəncama əsasən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.
Artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.
Belə ki, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il avqustun 16-da “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncam imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vinisius Juniorun "Real Madrid"dəki aqibətinə aydınlıq gəldi
03:33 24.04.2026
Futbol
İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq
02:58 24.04.2026
Dünya
Robert Pattinson ailəsi ilə görüntüləndi
02:22 24.04.2026
Şou
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə