“Azərbaycanın da dini mühitinə müdaxilə cəhdləri var” – Hansı yollarla ?
Fidan Həmişəyeva
13:24 23.09.2019
Cəmiyyət
688
63 adda dini ədəbiyyatın ölkəmizdə idxalına qadağa qoyulub. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib. Bununla yanaşı o qeyd edib ki, 1540 adda dini ədəbiyyatın ölkəyə idxalına müvafiq qaydada icazə verilib.
Onun sözlərinə görə, ümumilikdə Komitəyə daxil olmuş müraciətlər əsasında 1603 adda dini məzmunlu ədəbiyyata baxılıb:
“63 adda dini ədəbiyyatın ölkəyə idxalına icazə verilməyib. Çünki həmin ədəbiyyatlar ölkədəki dini duruma mənfi təsir göstərir. Həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə nəşr olunmaq məqsədilə təqdim edilmiş 214 adda dini ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilib, onlardan 4-nün çapı məqsədəuyğun sayılmayıb”.
Məsələni dəyərləndirən ilahiyyatçı Hacı Şahin Həsənli“Sherg.az” söyləyib ki, istənilən ölkədə dini mühitə kənar təsirlər olur.
O diqqətə çatdırıb ki, bir sıra xarici dövlətlər digər dövlətlərin daxili işlərinə dini mühit vasitəsilə təsir edirlər:
“Bunun da ən asan yollarından biri dini ədəbiyyatla düşüncəyə təsir göstərməkdir. Müasir dövrdə bu praktikdan geniş istifadə olunur. Bəzən Azərbaycanın da dini mühitinə yad adamın fikirlərini təlqin etmə, digər ölkələrin siyasətini din adı altında şüurlara yeritmə cəhdləri olur. Belə cəhdlərin qarşısının alınması üçün həmin ədəbiyyatın məzmunu öyrənilir.
Bu ədəbiyyatın mahiyyəti Azərbaycan qanunvericiliyinə ziddiyət təşkil edirsə, ölkəmizin dini mühitinə zərərli təsirlər olursa, kitabların idxalına qadağa qoyulur. Bəzi hallarda məzhəblərarası qarşıdurma yaradan, dövlətin quruluşuna qarşı yönəlmiş müəyyən fikirlər olur. Belə halda ədəbiyyatın idxalına qadağaların qoyulması tam təbii haldır. Bu təcrübə digər ölkələrdə də mövcuddur”.
İlahiyyatçı vurğulayıb ki, hər bir dövlət milli təhlükəsizliyini qorumaq istəyir:
“Xüsusilə dini şüarlar vasitəsilə monipulyasiya olunduğu və dinin bəzi ölkələrdə siyasətə alət edildiyi bir dövrdə belə cəhdlərin olması olduqca təhlükəli nəticələrə səbəb ola bilər. Ona görə də belə ədəbiyyatın idxalına qadağaların tətbiq edilməsi düzgün addımdır. Narazı olan insanlar gedib, məhkəməyə müraciət edə bilərlər.
Ümumilikdə, Azərbaycanda çox sayda kitablar nəşr olunur, dini ədəbiyyatın sayı ilbəil artır. Təbii ki, ölkəmizin özünəməxsus dini ənənələri, məzhəblər və dinlərarası münasibətlər sistemi var. Bu düşüncələrə xələl vuran və dini düşüncələrimizə yad olan fikirlərin ölkəmizdə yayılmasının qarşısı alınırsa, təqdir olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fidan və İshaq Dar Trampın son bəyanatını müzakirə ediblər
18:43 23.03.2026
Gündəm
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya