“Azəriqaz”dan əhaliyə XƏBƏRDARLIQ
Yusif Nəzərli
10:37 15.07.2022
Cəmiyyət
359
Qaz xətlərinin keçdiyi ərazilərin zəbt olunmasının qarşısını almaq məqsədilə sentyabr ayından etibarən yoxlamaların keçirilməsi nəzərdə tutulur.
“APA-Economics”in məlumatına görə, bu barədə “Azəriqaz” İB-nin şöbə rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bununla bağlı addımların atılması üçün Nazirlər Kabinetinin müvafiq qərar verəcəyi gözlənilir.
“Qaz xətləri ilə bağlı bizə şikayətlər daxil olur. Bu kimi hallara əsasən həyət evlərində, çoxmərtəbəli binaların birinci mərtəbələrində rast gəlinir. Sakinlər qaz xətti keçən ərazini hasara alaraq orada özləri üçün bağça düzəldirlər və qaz kəməri bu bağçanın içində qalır. Bizə bununla bağlı qonşular tərəfindən şikayətlər daxil olur. Maraqlı məqamlardan biri də odur ki, yerli icra orqanları tərəfindən də bununla bağlı bizə yazanlar olur. Lakin “Azəriqaz”ın həmin hadisəyə təsir imkanları minimumdur, nəinki həmin o məktubu yazan yerli icra orqanlarının. Çünki bizim belə bir səlahiyyətimiz və işçi qüvvəmiz yoxdur ki, orada hər hansı söküntü işlərini aparaq”, - deyə İlkin Behbudov qeyd edib.
O əlavə edib ki, belə hallar həm orada yaşayan abonentlərin təhlükəsizliyinə, həm də şəhərin görüntüsünə xələl gətirir.
“Hazırda bu işlər davam etdirilir, amma əsas məsələ odur ki, biz ölkə başçısının Fərmanı ilə bu kimi halların müəyyən edilməsi üçün yoxlamaların keçirilməsinə yaxın müddətdə, çox güman ki, sentyabr ayından başlayacağıq. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarını gözləyirik”, - deyə İlkin Behbudov bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya