Bakı metropoliteni gücləndirilmiş iş rejimində işləyəcək
Yusif Nəzərli
07:30 18.03.2024
Cəmiyyət
449
Novruz bayramının qeyd edildiyi martın 20-i və 21-də Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Sərnişin məmnunluğu və metro istifadəçilərinin rahat hərəkəti nəzərə alınaraq, bayram günlərində şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda növbətçilik cədvəli tərtib olunacaq.
Sherg.az-ın "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbərinə görə, qeyd edilən iki gün ərzində saat 07:00-dan 21:00-dək “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. Martın 22-dən 26-dək həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.
Yaşıl və Qırmızı xətlərin kəsişərək birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı iki dəfə artıq olacaq.
“Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, martın 20-21-də şənbə gününün, martın 22-26-da isə bazar gününün hərəkət cədvəllərindən istifadə etsinlər.
Bununla yanaşı, qeyri-iş günlərində ehtiyat qatarlar, zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
“Bakı Metropoliteni” QSC sərnişinlərinə müraciət edərək, bayram günlərinin xoş ovqatda keçirilməsi və fəsadların yaşanmaması üçün neqativ hallara yol verilməməsini rica edir. Metropolitendən istifadə qaydalarına, ictimai asayişin tələblərinə, sanitar-gigiyenik normalara ciddi riayət edilməsi xahiş olunur.
Bayram günlərində bütün sərnişinlərimizə xoş ovqat arzulayırıq!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə