Bakıdan İstanbul, Berlin və Londona xüsusi aviareyslər oktyabrın sonunadək yerinə yetiriləcək
16:33 25.07.2020
Cəmiyyət
554
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci ilin oktyabr ayının sonunadək Bakıdan İstanbul, Berlin və Londona xüsusi reyslər üzrə uçuşları davam etdirəcək.
AZAL-dan verilən məlumata görə, yeni cədvələ uyğun olaraq, İstanbula uçuşlar hər gün, Londona hər həftənin cümə axşamları, Berlinə isə cümə günləri yerinə yetiriləcək.
Aviabiletləri şirkətin rəsmi www.azal.az saytında əldə etmək olar.
Bakıda COVID-19 testini keçmək üçün klinika və laboratoriyaların siyahısı ilə AZAL-ın saytından tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-clinics.
Xaricdə COVID-19-a dair testdən dövlət və özəl klinikalarda, habelə laboratoriyalarda keçə bilərsiniz. Bu zaman sərnişinin uçuşa qəbul edilməsi üçün əsas şərtlərdən biri PCR-testinin keçirilməsinə dair arayışın mövcudluğudur.
İstənilən halda həmin arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya