Bakının tıxac dərdi...
Fidan Həmişəyeva
11:13 17.09.2019
Cəmiyyət
999
İllərdir, tıxac Azərbaycanda başlıca problemlərdən biridir. Tıxaclar yalnız mərkəzdə və günün pik saatlarında deyil, şəhərin istənilən yerində, istənilən saatında yaranır. Bu barədə çoxsaylı tənqidlər yazılsa da, səslənsə də problemə əncam çəkilmir.
Təmir-tikinti işlərinin həcminin və yeni avtomobillərin sayının artmasını, yeni körpülərin inşasını, mikroavtobusların plansız və özbaşına hərəkətini tıxacların yaranmasının əsas səbəbləri hesab etmək olar.
Trolleybus və tramvayların ləğvi, dar yollar, yol planlaşdırması işinin qeyri-dəqiqliyi, sürücülərin yol hərəkəti qaydalarını bilməməsi, avtomobillərin dayanacaqlardan kənar yerlərdə saxlanması tıxac problemini daha da kəskinləşdirir.
Təbii ki, dünyanın əksər şəhərləri tıxac problemini yaşayır və müxtəlif üsullarla bunu aradan qaldırmağa çalışırlar.
Ekspertlər hesab edirlər ki, tıxac probleminin aradan qaldırılması üçün onu doğuran əsas səbəblərin müəyyən edilməsi və şəhərsalmada yol verilmiş yanlışlıqlara qarşı tədbirlərin görülməsi vacib şərtlərdəndir.
“Digesta” hüquq firmasının dirketoru, nəqliyyat eksperti Ərşad Hüseynov“Sherg.az”a bildirdi ki, tıxacların əsas səbəbi şəhərsalma planlaşdırmasının düzgün qurulmamasıdır.
Ekspertin sözlərinə görə, yol infrasturukturu yaradılanda heç nə nəzərə alınmayıb:
“Sovet dönəmində maraqlı bir hesabat aparılmışdı. Gördülər ki, Fransa, Almaniya, Amerikada da tıxaclar yaranır. Bu hadisə 1960-cı illəri əhatə edirdi. Bu gün Bakı yollarında gördüyümüz problemlər Fransa və Almaniyada 1960-cı illərdə olub.
O zaman bildirmişdilər ki, Bakı şəhərində avtomobilləşmə maksimum 25 faiz olacaq. Çünki düşünürdülər ki, SSRİ inkişaf edəcək və bir ailədə yalnız bir maşın olacaq. Ölkəmiz müstəqillik əldə edəndən sonra isə yerli icra hakimiyyətləri və bələdiyyələr yaradıldı.
Hətta 25 faizlik kvotanı pozmağa başladılar. İndi Bakıda 300-500 kvadrat yer tapıblarsa, orada hansısa sahibkar obyekt tikir. Yaxud da 4-5 daxmanı sökdülər və 18 mərtəbəli bina tikdilər.
Həmin binadan ev alanlar isə maddi cəhətdən daha təminatlı idilər. Onların ailə üzvlərinin hamısında avtomobil var.
Heç kim bunu fikirləşmədi, heç bir plan hazırlanmadı. Paytaxtın nəqliyyat yükünü fikirləşən olsaydı, yol infrasturukturu düzgün qurulardı.
Qərb ölkələrində çox gözəl bir təcrübə var. Onlar düşünür ki, 18 mərtəbəli bina tikilirsə, həmin binanın 500 metrliyində metro stansiyası lazım olacaq. Amma ölkəmizdə heç kimi bunu fikirləşmir. Məmurlarımızın əksəriyyəti uzaqgörən olmadılar. Daha doğrusu uzağa baxanda ancaq özlərini gördülər. Ölkənin, xalqın gələcəyini yox, ancaq ciblərini fikirləşdilər. Ona görə də yollarımızda belə problemlər yaşanır”.
Ekspertin sözlərinə görə, hazırda paytaxtda normal şəhərsalma planı yoxdur:
“Düzdür, Bakı Nəqliyyat Agentliyi, İqtisadiyyat Nazirliyi çalışır ki, nəsə etsin. Amma çox gecikmişik. Tramvay xətlərinin sökülməsi Bakı üçün çox böyük zərbə idi.
Uzaqgörən olsaydılar, həmin tramvay xətlərini modernləşdirib, şəbəkəni genişləndirərdilər. Müasir şəhərsalma və nəqliyyat infrasturukturu konsepsiyalarını Azərbaycanda tətbiq etmək lazımdır. Əks halda tıxac problemi öz həllini tapmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fidan və İshaq Dar Trampın son bəyanatını müzakirə ediblər
18:43 23.03.2026
Gündəm
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya