Bu gün yuxuya görə xanımını döyər, sabahsa... - Belələri tapılmalıdır!
Yusif Nəzərli
09:39 09.10.2023
Cəmiyyət
557
Yuxudan etdiyinə görə arvadını döyən kişi məhkəməlik olub.
İttihama görə, hadisə bu ilin yayında, saat 10 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.
Kələntər Əkbərov məhkəmədə ona elan edilmiş ittiham üzrə tam təqsirli bilinib. Onun sözlərinə görə, Səma ilə təxminən iki ildən artıqdır ki, ər-arvad kimi bir yerdə yaşayıblar. Lakin rəsmi nikahları olmayıb. Təqsirləndirilən şəxs deyib ki, hadisə günü evdə yatdığı vaxt anası gəlib, onu yuxudan oyadıb.
Lakin yuxudan ayıla bilmədiyindən və baş ağrıları olduğu üçün ayağa qalxa bilməyib. Aradan bir neçə dəqiqə keçəndən sonra həyat yoldaşı Səma təkrar onu oyadıb. Bu zaman Kələntər əsəbiləşərək ayağa durub əli ilə qadının sifət nahiyəsindən və sol bud nahiyəsindən təpiklə vurub. O bildirib ki, hadisə zamanı Səma sifət nahiyəsindən xəsarət alıb. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən peşman olduğunu söyləyib.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən psixoloq Elmir Əkbər hadisəyə munasibətini bildirib:
"Onların nigahları yoxdursa, bu vəziyyətdə ər arvadını döymüş hesab olunmur. Bir kişinin qadını döyməsini müşahidə etmiş oluruq. Yuxuya görə bu əməli törədən şəxsin düşüncəli, normal adam hesab etmək olmaz. Yaxşı olardı ki, belə adamları cəmiyyətdən ömürlük təcrid etsinlər. Bu gün bunu edən şəxs sabah ciddi səbəbə görə daha böyük təhlükə yarada bilər. Bu tip absurd və anormal insanlər hər dövrdə olub və olacaq ".
Ekspert qeyd edib ki, burada ən böyuk faktor son zamanlar aqressiyanın dərəcəsi çox artmasıdır:
"Yüksəlmiş aqressiyanın fonunda normal və qeyri-normal düşüncələrinin acı, zəhərli, məhsullarını başqa insanlara ötürürlər. Ona görə də bu istiqamətdə psixoloji müvafiq işlər aparılmalıdır ki, cəmiyyətin aqressiya dərəcəsi aşağı düşsün. Belə qeyri-adekvat insanlar aşkarlanmalıdır. Onlarla xüsusi proqram əsasında işlənilməlidir. Hələ orta məktəb dövründən belələri aşkar olunub müvafiq işlər görülməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə
"Qarabağ" və "Tvente" oyununu albaniyalı hakim idarə edəcək
15:50 14.08.2026
Futbol
Şənbə günü Abşeron çimərliklərində hava necə olacaq?
15:44 14.08.2026
Ekologiya
Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik
15:37 14.08.2026
Dünya