“Cimerlik.az” saytı vətəndaşlarımızın təhlükəsiz və sağlam istirahətinin təmin edilməsi üçün istifadəyə verilib. Lazım olan sadəcə gigiyenaya əməl etmək və sosial məsafəni gözləməkdir.
“Çimərliklər açılması yerində verilmiş qərardır”
Fidan Həmişəyeva
11:09 05.08.2020
Cəmiyyət
637
“Məsuliyyətli olub qaydalara əməl etsək, karantin daha tez aradan qalxa bilər”
Sabahdan ölkəmizdə çimərliklər açılır. Bu, pandemiyanın bütün dünyada tüğyan etdiyi bir dönəmdə yaxşı haldır. Uzun müddətdir, sosial şəbəkələrdə çimərlik mövsümünün olması, dənizə getməyin vacibliyi barədə fikirlər səsləndirilir. Bildirilir ki, payızda xəstəliyin yeni və daha güclü dalğası gələcək. İnsanlar D vitamini almalıdırlar ki, immun sistemləri qaydasında olsun, virusa müqavimət göstərə bilsinlər. Məhz buna görə də Operativ Qərargah çox ciddi işlər apardı, çimərlikləri qaydaya saldı, insanların rahat istifadəsi üçün şərait yaratdı. İndi açıq havada istirahət etməyimiz üçün tam təhlükəsiz şərait təmin edilib.
“Cimerlik.az” saytı vətəndaşlarımızın təhlükəsiz və sağlam istirahətinin təmin edilməsi üçün istifadəyə verilib. Lazım olan sadəcə gigiyenaya əməl etmək və sosial məsafəni gözləməkdir.
Həkim-psixoterapevt Əli Nağıyev“Sherg.az”a açıqlamasında bildirib ki, hər kəs karantinin yumuşaldımasını müsbət qəbul edir. Çünki iqtisadi baxımdan çətinliklərimiz var. Bu çətinliklər çoxala bilər. Həkim vurğulayıb ki, uzun müddət karantin rejiminin olması əhalinin yaşayış səviyyəsinə mənfi təsir edə bilər:
“Amma dövlətimiz də böyük iqtisadi itkilər verir. Ölkəmiz insan itkisinə yol verməməyə çalışır. Operativ Qərargah gərgin iş rejimində işləyərək çalışır ki, hər bir insan həyatına dəyər verilsin. Ona görə də xəstəliyə yoluxanların və ölənlərin sayını azaltmaq üçün ciddi işlər görülür. Operativ Qərargah bu məsələyə iqtisadi əsaslarla yanaşmır. Bəzən əhali arasında yanlış anlaşılmalar baş verir.
Amma obyektiv yanaşsaq, görərik ki, yalnız indi xəstələrin sayı azalmağa doğru gedir və sağalanların sayı artır. Ona görə də verilən qərar yerindədir. Əlbəttə hər birimiz arzulayırıq ki, karantin rejimindən tezliklə azad olaq.
Amma buna nail olmaq üçün fərdi səviyyədə məsuliyyətli olmalıyıq. Sosial məsafəni qorusaq, maskadan istifadə etsək, sərt tədbirlərə ehtiyac qalmaz. İndi də gec deyil. Məsuliyyətli olub qaydalara əməl etsək, karantin daha tez aradan qalxa bilər.
Xəstəliyinin sayının azalması istiqamətində qərar verilib və yumuşaldılmalar olub. Eyni zamanda xəstəliyin müalicəsində təbii profilaktik tədbirlər nəzərə alınıb. Yəni günəş işığı, dəniz havası və suyunun təsiri nəzərə alınıb. Vətəndaşlar da maksimum diqqətli olmalıdır ki, yoluxmalar çoxalmasın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya