
“Çimərliklərin təhlükəsizliyinə dair konsepsiya olmalıdır”
Yusif Nəzərli
15:42 07.07.2022
Cəmiyyət
576
Yay fəslinini özünə məxsus edənlərdən biri də məhz dənizdir. Lakin dəniz heç də həmişə xoşbəxtlik gətirmir. Hər il olduğu kimi, bu il də dəniz mövsümü açılandan bəri çimərliklərdə xeyli sayda boğulma hadisələri baş verir. Bu gün də iki boğulma hadisəsi qeydə alınıb. Bakıda məktəb şagirdi dənizdə boğulub. Hadisə Pirşağı qəsəbəsində yeləşən çimərlikdə qeydə alınıb.7 yaşlı Rəbiyə Məmmədli nənəsi ilə birgə çimərlikdə olarkən dənizdə batıb. Hadisə onun nənəsinin gözləri qarşısında baş verib. İkinci bədbəxt hadisə isə Qusarda baş verib. Kənd sakini, 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğlu Samur-Abşeron kanalında çimərkən boğulub. Onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Bu kimi halların qarşısını almaq üçün qeyri-çimərlik anlayışının ləğv edilməli olduğunu vurğulayan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirib ki, çimərlik varsa, orada təhlükəsizlik tədbirləri görməklə, insanların həmin ərazidə istirahətin təşkil olunması üçün şərait yaratmaq lazımdır:
“İnsanlar var ki, illərdir, eyni qadağan olunmuş çimərliklərə gedir. Nəticədə də boğulma halları baş verir. Yəni, çimərlik varsa və artıq insanlar bundan istifadə edirlərsə, orada insanların təhlükəsizliyini təmin etmək lazımdır. Nəzərə alaq ki, eyni çaylarda, göllərdə təkrar-təkrar boğulma halları baş verir. Ona görə hesab edirəm ki, bu məsələyə ümumi yanaşma, çimərliklərin təhlükəsizlikləri ilə bağlı konsepsiya olmalıdır.
Çimərlik varsa, orada xilasetmə xidməti olmalıdır. Çünki belə ərazilərin sayı elə də çox deyil ki, bunu həyata keçirmək mümkünsüz olsun. İnsanların üz tutduğu qeyri-çimərlik ərazilər nəzarətə götürülüb, təhlükəszilik təmin olunmalıdır”.
Ekspert qeyd edib ki, burada insanların da üzərinə müəyyən məsuliyyət düşür:
“İnsanlar öz həyatlarına biganə yanaşmamalıdır. Onlar bilməlidirlər ki, qeyri-çimərliklərdə xilasetmə xidmətinin əməkdaşları olmur.
Onlar olmayan yerlərdə dəbədbəxt hadisə qaçılmaz olur. Bu səbəbdən yanaşma dəyişilməlidir. Qeyd etmək lazımdır ki, qadağan olunmuş çimərliklər yalnız boğulma təhlükəsinə görə qadağan olunmur. Burada suyun, sahilyanı ərazinin təmizliyi, suyun dibinin relyefi, sualtı yanğınlar, axınlar kimi məsələlər də mövcuddur. Bunların hər biri yoxlanıldıqdan sonra çimərliyin yararlı olub-olmayacağına qərar verilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm