İranın Hörmüz boğazının açılması ilə bağlı iki günlük plan üzrə vasitəçilərlə məsləhətləşmələri davam edir, lakin hələlik yekun nəticə əldə olunmayıb.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, hazırda danışıqlarda vasitəçilərlə iki günlük plan ətrafında məsləhətləşmələr aparılır. Lakin yekun razılığın əldə olunması qarşı tərəfin İranın suallarına verəcəyi cavablardan asılıdır.
Əraqçi qeyd edib ki, İran xarici işlər nazirinin müavini səviyyəsində nümayəndə heyətinin Qətərə səfəri son həftələr Tehrana səfər edən Qətər vasitəçiləri ilə məsləhətləşmələrin davam etdirilməsi məqsədi daşıyıb. Səfər çərçivəsində ABŞ tərəfi ilə danışıqların aparılması nəzərdə tutulmayıb.
İran XİN rəhbəri qarşı tərəfin rasional mövqe nümayiş etdirərək diplomatiyaya üstünlük verəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Əraqçi daha əvvəl İranın danışıqlar zamanı Hörmüz boğazının açılması planının icra müddətinin iki günə endirilməsinə razılıq verdiyini açıqlamışdı.