
Daha valideynlər direktorlardan asılı olmur - AÇIQLAMA
Yusif Nəzərli
02:03 13.02.2025
Cəmiyyət
670
I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi təhsil sistemində tətbiq olunan ən mühüm yeniliklərdən biridir
Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilir. Bu barədə MÜTDA-dan bildirilib ki, uşaqların I sinfə qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ (prioritet) tətbiq olunur. Bu prioritetlər uşağın ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşaması, uşağın bacı və ya qardaşlarından birinin həmin ümumi təhsil müəssisəsində təhsil alması və uşağın valideynlərindən birinin həmin ümumi təhsil müəssisəsində işləməsidir.
Məlumatda qeyd edilib ki, ötən il üstünlük hüququ tətbiq edilən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edildi. Bu il isə Sumqayıt şəhəri üzrə də prioritet tətbiq edilən ümumi təhsil müəssisələrinin mikroəraziləri ictimaiyyətə elan ediləcək. Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 3-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər".
Qeyd edək ki, birinci sinfə qəbul prosesi uzun müddətdir elektron qaydada həyata keçirilməsinə rəğmən yenə də narazı valideynlər olur. Ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbuluna start verilən zaman valideynlər sosial şəbəkədə etiraz paylaşımları edir, övladlarının istənilən ərazidə yerləşən ümumi təhsil məktəblərində təhsil almasının məhdudlaşdırılması kimi iddialar irəli sürürlər. Ekspertlər isə bildirir ki, hər il birinci sinfə qəbulla bağlı yaranan problem Bakıda məktəblərin sayının az olması, məktəblərdə şagird sıxlığının olması ilə bağlıdır.
Qeyd edək ki, şagird qəbuluna prioritet üstünlüklər daha çox sayda müraciətlər olan məktəblərə qoyulur. Bu, hüquqpozma kimi qiymətləndirilsə də, ekspertlər bu tələbin məcburiyyətdən yarandığını qeyd edir.
Təhsil eksperti Elçin Süleymanov isə “Sherg.az”a açıqlamasında deyib ki, I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi təhsil sistemində tətbiq olunan ən mühüm yeniliklərdən biridir:

"Əvvəlki illərdə ən çox narazılıq və şikayət doğuran məsələlərdən biri məhz bu məsələ idi. Birinci sinfə gedən uşaqların məktəb seçimi mərhələsində valideynlər çox ciddi problemlər, bürokratik əngəllər yaşayırdılar. Bəzi hallarda məktəb direktorları valideynlərlə tərs düşür, qeyri-hüquqi tələblər, korrupsiya halları aşkar olunurdu. Bu baxımdan sistemin elektronlaşması vətəndaşların lehinə olan bir haldır”.
Valideynlərin əksəriyyətinin övladlarını daha çox tanınan, prestijli məktəbdə oxutmaqda maraqlı olduğunu vurğulayan ekspert hesab edir ki, uşağın yaşadığı ərazidə yerləşən ümumi təhsil müəssisəsində oxuması daha faydalı bir haldır:
“Valideynlərin evlərindən uzaq məsafədə yerləşən məktəbə uşaqları aparıb-gətirməsi yollarda və ictimai nəqliyyatda ciddi sıxlığa səbəb olur. Şagirdlərin yaşadığı ünvana yaxın ərazidə məktəbə getməsi həm nəqliyyat probleminin, həm də vaxt çatışmazlığının həllində vacib rol oynayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət