Daşaltı ilə bağlı bu əsasnamə təsdiqləndi
Yusif Nəzərli
07:26 29.08.2024
Cəmiyyət
261
Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamə təsdiq edilib.
Sherg.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Əsasnamədə Yasaqlığın fəaliyyət istiqamətləri, xüsusi mühafizə rejiminin xüsusiyyətləri və Yasaqlığın mühafizəsi müəyyənləşib.
Əsasnamənin ümumi müddəalarında qeyd edilib ki, Daşaltı Dövlət Təbiət Yasaqlığı təbiət komplekslərinin və ya onların komponentlərinin (nadir və nəsli kəsilməkdə olan Bənövşəyi güləbətin, Hirkan şümşəsi (Hirkan pırkalı), Kürən güneyotu, Qarabağ tülpanı, Qayalıq böyürtkəni, Nöqtəli səhləb, Sağsağan gülxətmisi, Şoviç soğanı, Şmidt tülpanı, Şuşa gəvəni, Şuşa vələsi, Vələsyarpaq azat, İslandiya setrariyası, Dağ ramalinası, Avropa vaşaqı, Avropa cüyürü, Böyük qırğı, Adi uzunqanad, Enliqulaq bükükdodaq, Cənub nalburnu və s.) qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazidir.
Qeyd olunub ki, yasaqlığın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu əraziyə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir. Yasaqlığın torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən edilir.
Sənəddə qeyd edilib ki, xüsusi mühafizə olunan təbiət ərazilərinin sxemləri əsasında Yasaqlığın yaradılması və genişləndirilməsi üçün torpaq sahələri müvafiq ehtiyat torpaq fondunda saxlanılır və həmin ərazilərdə torpaqların istifadəsinə məhdudiyyətlər qoyulur.
Əsasnamədə yasaqlığın fəaliyyət istiqamətləri də müəyyənləşib. Belə ki, buraya təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən təsərrüfat fəaliyyətində müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməsinin təmin olunması, həmçinin elmi, mədəni, tədris və məhdud təsərrüfat fəaliyyətlərinin həyata keçirilməsi daxildir. Bundan başqa, genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, təbiət komplekslərinin və obyektlərinin təbii şəraitdə bərpa edilərək sağlamlaşdırılmasının və təbii vəziyyətinin qorunub saxlanılması məqsədilə təbiət ərazilərinin mühafizəsinin həyata keçirilməsi, Yasaqlığın ərazisində ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi çərçivəsində ekoloji monitorinqin həyata keçirilməsi, müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin bərpasını təmin etməklə regionun “yaşıl zona”ya çevrilməsinə töhfə verilməsi nəzərdə tutulur.
Əsasnaməyə görə, yasaqlığın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini nazirliyin regional orqanı həyata keçirir.
Qeyd olunub ki, yasaqlığın hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır. Yasaqlığın rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində Yasaqlığa vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada ödənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region
Qahirədə Ərdoğan və Sisi arasında təkbətək görüş keçirildi
16:54 04.02.2026
Dünya
Zaxarovadan Türkiyəyə çağırış: Onlara mane olun!
16:53 04.02.2026
Gündəm
İsrailin elmi nailiyyətləri Azərbaycana yol açır - Ekspert
16:48 04.02.2026
Texnologiya
Sosial problemlər uşaqları müdafiəsiz qoyur - Mehriban Zeynalova
16:36 04.02.2026
Cəmiyyət