Deputatdan ciddi siqnal ! - “Müharibə gec-tez başlayacaq !” – Ordumuzun ayaq səsi...
Banuçiçək Kalbalıyeva
10:52 12.08.2020
Cəmiyyət
756
“Amma Azərbaycanla Türkiyə arasındakı münasibətlər Ermənistanı məcbur edəcək ki, özünü yığışdırsın”
“İşğalçı torpaqlarımızı qaytarmağa məhkumdur”
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənov Türkiyəyə rəsmi səfər ediblər. Qardaş ölkə Azərbaycan nazirlərini çox xoş ə isti qarşılayıb. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özü şəxsən nazirlərlə görüşüb. Bu, iki tərəf arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu və “iki dövlət, bir millət” prinsipinin növbəti sübutudur.
Azərbaycanlı nazirlərin Türkiyəyə səfəri barədə “Sherg.az”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bunun Ermənistan üçün ciddi təhdid olduğunu düşünür:
“Bizim qarşılıqlı müqaviləmiz var. Əslində heç sövdələşməyə ehtiyac da yoxdur. Çünki biz qardaşıq. Bu iki dövlət arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələri Tovuz hadisələrindən sonra özünü daha aydın büruzə verdi. Biz Ermənistana yerini göstərdik. Ümumiyyətlə, Türkiyə həmişə bizim yanımızdadır. Yetər ki, Azərbaycan istəsin”.
S.Rüstəmxanlı Ermənistanın təslim olacağı qənaətindədir:
“Müharibə gec-tez başlayacaq. Amma Azərbaycanla Türkiyə arasındakı bu münasibətlər Ermənistanı məcbur edəcək ki, özünü yığışdırsın. Bu, Ermənistana yaxşı heç nə vəd etmir. İşğalçı dövlət mövcudluğunu qorumaq naminə xoş münasibətlər göstərməyə, torpaqlarımızı qaytarmağa məhkumdur. Baş verən proseslər danışıqların sürətlənməsinə təkan verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya