Deputatdan SOS ! - “Vaksin hazırlanmasa, vəziyyət çətinləşəcək” – Növbəti dalğa...
Fidan Həmişəyeva
16:33 05.08.2020
Cəmiyyət
1009
“Karantin yumuşalan kimi təkrar olaraq yenidən virusa yoluxanlar artacaq”
Dünya COVİD-19-un ikinci dalğasına qədəm qoyur. Alimlər İngiltərədə, Estoniyada, Almaniyada və Fransada daha güclü ikinci koronavirus dalğası barədə xəbərdarlıq edirlər.
BMT-nin Baş katibi Antonio Guterres bildirib ki, koronavirus səbəbilə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün təhsil prosesini tam pozub. O əlavə edib ki, dünyada ən az 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum edilib:
“Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdlərə çatdırıla bilməyib. Pandemiyadan əvvəl hətta 250 milyondan çox məktəbyaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi. İnkişaf etməkdə olan ölkələrdə uşaqların yalnız dörddə biri lazımi və əsas bacarıqları alaraq məktəbi bitirib”.
Dünya ölkələrində pandemiyanın ikinci dalğasının olacağı, Azərbaycanda da ciddi işlərin görülməsini zəruri edir. Vətəndaşların maksimum diqqətli olması və dövlətin mühüm tədbirlərə əl atması labüddür.
Vəziyyəti dəyərləndirən millət vəkili Asim Mollazadə“Sherg.az”a açıqlamasında vurğulayıb ki, hər bir vətəndaş özünü qorumaq üçün zəruri tədbirlərə əməl etməlidir:
“Sosial məsafəni saxlamaq, maska taxmaq, gigiyenik normalara əməl etmək vacib şərtdir. Ciddi qorunmaq lazımdır. Çünki koronavirusun vaksini hazırlanmasa, vəziyyət çətinləşəcək. Karantin yumuşalan kimi yenidən virusa yoluxanların sayı artacaq.
Ona görə də səbirli və məsuliyyətli olmaq lazımdır. Çox güman ki, bu ilin sonunda Azərbaycan koronavirusa qarşı istehsal olunan dərmanları əldə edə biləcək.
Onda xəstəliyə son qoyacağıq. O zamana qədər hər bir vətəndaş mütləq özünü qorumalı və verilən tövsiyələrə əməl etməlidir. Başqa çarə yoxdur”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm