Dneprin iki universitetində Azərbaycan-Ukrayna mərkəzi fəaliyyətə başlayıb - FOTOLAR
14:25 23.07.2020
Cəmiyyət
765
Ukraynanın Dnepr şəhərində yerləşən Gömrük və İqtisad Universitetinin binasında Azərbaycan-Ukrayna Mərkəzinin rəsmı açılış mərasimi olub.
"Sherg.az"xəbər verir ki, təntənəli açılış mərasimində ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, universitetin rektoru Dmitri Boçarov, Dneprdə yaşayan Azərbaycan diaspor fəalları, universitetin rəhbər heyəti və şəhərin ictimai-siyasi xadimləri, yerli KİV-lər iştirak ediblər.
Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndikdən sonra açılış mərasimində çıxış edən səfir E.Axundova bildirib ki, bu cür mərkəzlərin açılması Azərbaycan haqqında reallıqların, onun tarixinin və mədəniyyətinin, təhsilinin təbliği üçün gözəl platformadır. Mərkəzin açılmasında göstərdiyi dəstəyə görə Dnepropetrovsk Azərbaycanlıları Liqasının rəhbəri Sərxoş İsmayılov və universitetin rəhbərliyinə təşəkkürünü bildirən səfir qeyd edib ki, Mərkəzin açılması iki ölkə arasında dost münasibətlərin növbəti bariz nümunəsidir.
Universitetin rektoru D.Boçarov çıxış etdikdən sonra memorial lövhənin açılışı oldu. Daha sonra tədbir iştirakçıları Azərbaycan-Ukrayna Mərkəzində yaradılan şəraitlə tanış olub və səfirlik tərəfindən gətirilən kitablar Mərkəzə hədiyyə edilib.
Mərkəzin açılış mərasimindən sonra universitetin rektoru ilə səfir arasında görüş keçirilib. Görüşdə təcrübə, tələbə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.
Daha sonra Dneprin digər ali məktəbində Azərbaycan-Ukrayna Mədəniyyət və İnformasiya Mərkəzinin açılması üçün rəsmi imzalanma mərasimi keçirilib.
Rəsmi imzalanma mərasimindən öncə səfir E.Axundova və Dnepr Texniki Milli Universitetinin rektoru Genadi Pivnyak arasında görüş keçirilib. Rektor bildirib ki, universitetin Azərbaycan diaspor üzvləri ilə fəal əməkdaşlığı mövcuddur və bu əməkdaşlığın nəticəsidir ki, ali təhsil ocağında Azərbaycan-Ukrayna Mədəniyyət və İnformasiya Mərkəzi açılıb. Rektor rəhbərlik etdiyi universitetin Azərbaycanın ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıqda maraqlı olduğunu bildirib. Hər iki ölkənin universitetləri arasında tələbə, müəllim və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Səfir E.Axundova öz növbəsində göstərdikləri dəstəyə görə universitet rəhbərliyinə və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədova təşəkkürünü bildirərək, Azərbaycan dövlətinin bu cür layihələrə hər zaman dəstək verdiyini söyləyib. O, görüşdə səslənən təkliflərin dəyərləndiriləcəyini və müvafiq addımlar atılacağını qeyd edib.
Sonra Mərkəzin yaradılmasına dair sənəd rektor və N.Əhmədov tərəfindən imzalanıb. Bundan sonra Mərkəzdə yaradılan ilkin şəraitlə tanışlıq olub, səfirlik tərəfindən kitablar hədiyyə edilib. Sonda Dneprdə təhsil alan azərbaycanlı məktəblilər Azərbaycana dair kompozisiya təqdim ediblər. (AZƏRTAC )
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm