
Dünyada ən isti yay: Bu aydan quraqlıqdan yağıntılara doğru keçid edəcəyik -EKOLOQ
12:43 06.09.2024
Cəmiyyət
502
Avropa Birliyinin (AB) Kopernik peyk izləmə sistemi 2024-cü ilin yayının dünyada "ən isti yay" olaraq qeydə alındığını açıqlayıb.
Bakupost.az xəbər verir ki, açıqlamaya görə, 2024-cü ilin avqust ayı 1991-2020-ci illərin orta göstəricisindən 0,71 dərəcə yuxarı qalxaraq dünyanın ən isti avqustu olub.
Belə ki, bu yay qlobal miqyasda “ən isti yay” kimi xarakterizə edilib.
2024-cü ilin yayı Avropanın qərbində və şimalında orta səviyyədən daha rütubətli olub, Aralıq dənizi regionunun böyük hissəsi və Şərqi Avropa isə mövsüm boyu orta şəraitdən daha quru olub.
AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Ənvər Əliyev “Sherg.az”a bildirib ki, dünya öz orbiti ətrafında cəzbetmə qüvvəsi ilə deyil, siyasi faktor əsasında fırlanır:

“Yer kürəsini artıq siyasətçilər idarə edir. Dünyanın bir çox ölkələri, o cümlədən Rusiya, Çin, Braziliya, Kanada bu işlərdə olduqca dəqiqdirlər. Yer kürəsinin ümumi yağıntı və istilik balansı pozulmayıb. Cənub Şərqi Asiya ölkələrində də yağıntılar çoxdur. Azərbaycana isə 8 növ hava kütləsi daxil olur. Onlarında hər biri özü ilə fərqli hava tipi gətirir. Bu mənada görürük ki, Bakıda gün ərzində dəfələrlə təzyiq və temperatur dəyişir. Bunların hər biri təbiətin özünəməxsusluğudur. Adətən bizim ölkədə 2020-2022 -ci illərdə yağıntılı, qar çovğun dövrü olub. İnanıram ki, bu qış da yay kimi özünəməxsus olacaq. Ola bilsin bu qışdan başlayaraq hava nəmişliyə doğru getsin. Adətən Cənub-Şərq istiqamətimizdə quyruqlu ulduz var və İran tərəfdən görünür. Yayın tən ortasında, yəni 45 günlüyündə doğur. O zaman havalar biraz sərinləyir. Bu yay yağıntılı keçdiyinə görə, ekologiya pozulub. Ümumiyyətlə fəslin yaranması dəyişməyibsə, yox da ola bilməz. Düşünürəm ki, sentyabrın 15 dən sonra havalar sərinləyəcək. Fəsil isə Yer kürəsinin fırlanma oxunun, fırlanma müstəvisinə olan nisbətində dəyişiklik olarsa dəyişə bilər. Bu cür istilər 1889, 1911, 1920, 1946-1948-ci illərdə həddən artıq olub. Mənə elə gəlir ki, artıq quraqlıqdan yağıntılara doğru keçid edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya
BƏƏ: İran qonşu ölkələrə kompensasiya ödəməlidir
15:56 07.04.2026
Dünya
Ararat Mirzoyan və Kaya Kallas arasında telefon danışığı olub
15:43 07.04.2026
Gündəm
SEPAH qonşu ölkələri təhdid etdi
15:36 07.04.2026
Gündəm
"Mehr": ABŞ və İsrail İranın Xarq adasına zərbələr endirib
15:20 07.04.2026
Gündəm
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi
14:46 07.04.2026
Mədəniyyət
İrana qarşı nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edildi
14:22 07.04.2026
Gündəm