DVX 1,7 milyondan çox aksiz markasız tütün məmulatı aşkar edib
DVX 1,7 milyondan çox aksiz markasız tütün məmulatı aşkar edib
Yusif Sultanoğlu
08:04 30.04.2024
Cəmiyyət
535
Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Əməliyyat idarəsinin və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən anbarda qanunsuz şəkildə aksiz markasız tütün məmulatlarının saxlanması halları aşkar edilib.
“APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, nəzarət tədbiri zamanı külli miqdarda satışa hazır aksiz markasız 23 növdə “Cavallo”, “Platinium”, “Milano” markalı tütün məmulatları aşkarlanıb. Aşkar edilmiş ümumilikdə 1.762.600 ədəd tütün məmulatı protokol əsasında götürülüb.
Qeyd edilib ki, həyata keçirilən operativ nəzarət tədbiri zamanı həmin ünvanda aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış malların saxlanıldığı və satışının həyata keçirildiyi müəyyənləşdirilib. Aparılan araşdırmalarla təsərrüfat subyektinin Abbasov Səbahi Cəfərqulu oğluna məxsus olduğu aydınlaşdırılıb. Səbahi Abbasovun vergi orqanında uçotuna durmadan qanunsuz sahibkarlıqla məşğul olduğu da müəyyən edilib.
Hazırda faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm
“Toyota”nın keçmiş prezidenti Hiroşi Okuda vəfat edib
12:55 12.08.2026
Dünya
ABŞ Atlantikdə ələ keçirdiyi Venesuela tankerini satıb
11:57 12.08.2026
Dünya