
Əhməd Qəşəmoğlu: Körpələrin təhlükəsizliyi konteksində ailə münasibətlərinin zəiflədiyini görürük
09:44 06.09.2024
Cəmiyyət
518
Azərbaycanda dəmir yoluna çıxan körpə son anda ölümdən xilas edilib.
"Qafqazinfo" xəbər verir ki, hadisə bir neçə gün əvvəl Gəncə-Ağstafa istiqamətində baş verib.
Belə ki, nəzarətsiz qalmış körpə Azərbaycan Dəmir Yollarına məxsus hərəkətdə olan qatarın yoluna çıxıb.
ADY-nin maşinisti dərhal qatarı dayandıraraq körpənin həyatını xilas edib.
Son vaxtlar bu kimi bədbəxt hadisələr nəticəsində körpə ölümlərinin şahidi oluruq. Sual ortaya çıxır ki, kimdir günakar? Zamanə uşaqları dəyişib yaxud, indiki dövrün anaları məsuliyyətsizlik edirlər?
Suallarımızı cavablandıran sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Əvvəllər valideynlərdə uşaqlara qarşı diqqət daha çox idi:

''İndi isə vəziyyət çox dəyişib. Ölkəmizdə ailə instutunun möhkəmləndirilməsi sahəsində lazımi maarifləndirmə işləri aparılmır. Hər bir uşaq evin içərisində belə, təhlükələrlə üz-üzədir. Körpələrin təhlükəsizliyi konteksindən ailə münasibətlərinin zəiflədiyini görürük. Ona görə də ailə ilə bağlı məsələlərə nəzarəti artırmaq lazımdır. Azərbaycan xalqının tarixi-mədəniyyəti ailə instutunun üzərində qurulub. Bu instut zəiflədikdə isə itkilərə məruz qalacağıq. Uşaqların təhlükəsizliyi naminə ailə üzvlərinin qarşısına məsuliyyət, yeri gəldikdə məcburiyyət qoyulmalıdır. Belə hallarda birinci növbədə valideynlər cavab verməlidirlər. Hər bir valideynin övladını yönləndirərək onu qorumaq borcudur. Bizim dövrdə valideynlər hətta, nənə-babalar belə uşağa həssas yanaşırdılar''.
Ekspert vurğulayıb ki, gənclərin ailə instutu haqqında təsəvvürləri arzuolunan şəkildə deyil:
''Orta məktəbləblərdə təxminən, 5-ci sinifdən yuxarı şagirdlərə bədii əsərlər və yaxud başqa vasitələrlə ailə instutu haqda dərslər keçilsə yaxşı olardı. Bununla uşaqlarda ailənin mahiyyəti və dəyəri barədə təsəvvürlər formalaşacaq. Həmçinin bu istiqamətdə dərsliklər hazırlanmalıdır. Qeyd edim ki, orta məktəblərə mütləq sosial işçilər gərəklidir. Həmçinin, onlar gənc ailələri ziyarət edərək məsləhət də verə bilərlər. Bir sözlə, bu sahədə boşluqlar çox, problemləri eşitmək istəyən isə yoxdur. Halbuki bunu adiyyatı dövlət qurumları ciddiyə almalıdır. Hətta, bununla əlaqədar qanunvericilik bazası yaradılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi