Ekspert "Azərsu"nun maxinasiyasını açdı: "Suyun böyük hissəsi kommersiya obyektlərinə “leviy” satılır"
Fidan Həmişəyeva
10:43 21.08.2019
Cəmiyyət
718
“İçməli su təchizatındakı korrupsiya elementlərindən daha biri haqda “Azərsu”dakı mənbəm mənə maraqlı bir fakt tədqim edib”. Bu sözləri Sherg.az-a açıqlamasında “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı deyib.
İqtisadçı bildirib ki, “Azərsu” ASC yaşıllaşdırma idarələrinə parkların və digər yaşıllıq sahələrinin suvarılması üçün su verir:
“Bura qədər normaldır və belə də olmalıdır. Normal olmayan isə odur ki, yaşıllıq üçün tələb olunan su həcmindən dəfələrlə artıq su buraya yönəldilir və o suyun da böyük hissəsi kommersiya obyektlərinə “leviy” satılır. Yəni əhalidən və yaşıllıqdan kəsilən min kubmetrlərlə su bəzi xalqdan utanmaz və qanundan qorxmaz “müəllimlər” tərəfindən bəzi sahibkarlıq obyektlərinə satılır və əldə olunan milyonlarla vəsait dövlət büdcəsinə getmək əvəzinə həmin “müəllimlərin” cibinə gedir.
Cənab Prezidentimizin və dövlətimizin əhalinin sosial problemlərinin həlli üçün böyük zəhmət çəkməsi və bu məqsədlə milyardlarla vəsait ayırması fonunda belə əməllər aşkar sabotajdan və açıq düşmənçilikdən başqa bir şey deyil. Ümidvaram müvafiq orqanlar bu məsələnin təhqiqatını aparacaq və lazımi tədbirlər görülməsini təmin edəcəklər. Hələlik əldə olunan milyonların tərəflər arasındakı bölüşdürmə nisbəti haqda dəqiq məlumatım yoxdur. Mənbəm məsələ ilə bağlı əlavə informasiyalar verəcəyini bildirib. Əldə etdiyim hər hansı bir məlumatı dərhal ictimailəşdirəcəm”.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:30 18.08.2026
İnfrastruktur
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:23 18.08.2026
İnfrastruktur
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm