Ekspert dizel və benzinin keyfiyyətindən narazıdır: “...Aşağı düşüb”
Fidan Həmişəyeva
08:08 18.09.2019
Cəmiyyət
1123
Ötənlərdə “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı ölkəmizdə istehsal olunan dizel yanacağı ilə bağlı maraqlı məqama toxunub. O, feysbuk səhifəsində qeyd edib ki, vətəndaşlar İrandan gətirilən dizelə daha çox üstünlük verirlər.
“İrandan bəzi adamlar dizel gətirib, Azərbaycanda 90 qəpiyə satır. Çox adam da onu alır. Bizdə litri 60 qəpiyə ola-ola sizcə, niyə iranlıdan İran dizelini 90 qəpiyə alırlar? Maşına tökəndə yağ kimi işləyir, şaqqıltı olmur, zəhərli tüstü də çıxmır”.
Mövzu barədə daha ətraflı məlumat əldə etmək üçün E.Muradlı əlaqə saxladıq. O “Sherg.az”a bildirdi ki, dizel yanacağı ilə bağlı ölkəmizdə zaman-zaman şikayət və narazılıqlar olub. Günümüzdə də bu narazılıqlar davam edir.
E.Muradlı söylədi ki, sürücülər ölkəmizdəki dizel yanacağının maddi cəhətdən əziyyətini çəkirlər:
“Çünki dizel yanacağı mühərrikə çox zərər vurur. Bu zərərin nəticəsində sürücülər avtomobili tez-tez ustaya aparırlar. Bu da zərərsiz ötüşmür. Dizel yanacağının mənəvi tərəfi isə insanlarımıza dəyən ziyandır.
Əhali sağlamlığını itirir. Mühərrik işlədikcə ixrac etdiyi zəhərli qaz ciyərlərimizə çökür. Nəticədə onkoloji xəstəxananın qarşısında nə qədər insanın növbədə durduğunu görə bilərik. Yanacağın tərkibində 240 növdə zəhərli maddə var. Onların əksəriyyəti öldürücü təsirə malikdir. Həmişə bütün dövlətlər yanacaq istehsal edəndə ilk növbədə həmin zəhərli maddələrin az olmasına çalışırlar və yanacağın keyfiyyətinə üstünlük verirlər.
Bu zaman əhali həm maddi ziyana düşmür, həm də ətraf mühit və insan sağlamlığı qorunur. Ölkəmizdə isə son illər həm dizel, həm də benzinin keyfiyyəti aşağı düşüb. Benzinin keyfiyyəti ilə bağlı ekspertlər dəfələrlə araşdırma aparıblar.
Məlum olub ki, benzinin tərkibindəki oktan xeyli aşağıdır.Son vaxtlar avtomobillərin mühərriki işlək vəziyyətdə olanda görürük ki, əvvəlki illərlər müqayisədə qoxu insanı çox narahat edir. Bunun nəticəsidir ki, qapalı yerlərdə maşınlarda nə qədər ölüm halları baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də bu məsələ ilə bağlı açıqlama veriblər ki, Bakıda ətraf mühitin çirklənməsinin 70 faizi maşınlardan ixrac olunan maddələrdir. Ölkəmizdəki yanacaqların keyfiyyəti normal deyil”.
Ekspertin qənaətincə, Azərbaycandakı dizel İrandakı ilə eynidirsə, necə olur ki, İran istehsalı olan dizeli maşına tökəndə əcaib səslər çıxmır:
“Amma bizim dizeli maşına tökəndə maşın səs-küylü olur. Demək, keyfiyyətli deyil. Bunun nəticəsidir ki, Gürcüstan gələn ildən Azərbaycandan dizel yanacağı almağı dayandırır. Hökümət bununla bağlı qərar da qəbul edib. Çünki Gürcüstan “Avro-4” standartına keçir və ölkəmizdən dizel yanacağı almağı dayandırır.
Bu o deməkdir ki, Azərbaycanın istehsal etdiyi dizel “Avro-4” standartına cavab vermir. Necə ola bilər ki, hökümət ölkəyə “Avro-4” standartına cavab verməyən maşınların gətirilməsinə rəsmən qadağa qoyur. Amma yanacağımız həmin tələblərə cavab vermir. Bu qədər ziddiyət ola-ola hələ də ciddi ölçü götürülmür. Biz də mövzunu qabardırıq ki, insanlarımız maddi ziyana düşməsin, ətraf mühit çirklənməsin və xəsətliklər yayılmasın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi