
Ekspert: Əgər kimsə pul qarşılığında iş vəd edirsə, bu, açıq-aşkar dələduzluqdur
12:26 11.03.2025
Cəmiyyət
487
Qaxda işə düzəltmək adı ilə vətəndaşların 17 min manatını ələ keçirməkdə təqsirləndirilən şəxs həbs olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 47 yaşlı Arif İbrahimov saxlanılıb.
O, zərərçəkmişləri işlə təmin edəcəyinə dair yalan vədlər verərək aldadıb və iki rayon sakininin 17 min manatını ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə A.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, son vaxtlar işə düzəltmək adı ilə insanları aldadan fırıldaqçılar aktivləşib və bu halların qarşısını almaq üçün vətəndaşlar daha diqqətli olmalıdır:

“İlk növbədə, işə qəbul prosesi rəsmi şəkildə aparılmalı və heç bir halda işə düzəlmək üçün əvvəlcədən pul ödənilməməlidir. Qanuni fəaliyyət göstərən heç bir dövlət və ya özəl qurum işə qəbul zamanı namizədlərdən ödəniş tələb etmir. Əgər kimsə pul qarşılığında iş vəd edirsə, bu, açıq-aşkar dələduzluqdur. Belə şəxslərə etibar etmək olmaz. İş axtaran şəxslər yalnız rəsmi mənbələrə güvənməlidir. Dövlət məşğulluq agentlikləri, tanınmış iş elanları saytları və şirkətlərin rəsmi veb-səhifələri etibarlı mənbələr hesab olunur. Bundan əlavə, sosial şəbəkələr və naməlum internet saytlarında yayılan iş elanlarına qarşı ehtiyatlı yanaşmaq lazımdır. Dələduzlar tez-tez saxta vakansiyalar paylaşaraq insanları tora salmağa çalışırlar. Belə hallarda şirkətin rəsmi internet səhifəsi və fəaliyyəti araşdırılmalı, elanın doğruluğu təsdiqlənməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya