Elnarə Xəlilova hərbçi həyat yoldaşından ayrılıb? - AÇIQLAMA
Yusif Nəzərli
13:41 15.07.2022
Cəmiyyət
591
Müğənni Elnarə Xəlilova ilə həyat yoldaşı Rövşən Cahangirovun aralarında problem yaşadıqları, hətta boşanma ərəfəsində olduqları ilə bağlı xəbərlər yayılıb.
Kiçik oğlunun doğum gününü qeyd edən Xəlilovanın rəfiqələri məclisdə iştirak etsələr də, həyat yoldaşı həmin vaxt yanlarında olmayıb.
Daha sonra müğənninin sosial şəbəkə hesabında “Bir kişi sənin necə olduğunu bilmədən bir gün yaşaya bilibsə, deməli, o sənin adamın deyil”, “Bəzən yolun bir hissəsini tək keçməlisən. Bu zaman çox şeyi yenidən nəzərdən keçirmək, yeni məqsədlər qoyub, hədəflərə doğru irəliləmək mümkündür” kimi sözlər paylaşması iddiaları daha da gücləndirib.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Elnarə Xəlilovanın mətbuat katibi ayrılıq xəbərlərini təkzib edərək “Onlar bir-birlərini ilk günkü kimi çox sevirlər” deyib:
“Qətiyyən belə bir şey yoxdur, oğlunun ad günündə axşam birlikdə olublar. Hazırda isə istirahət mərkəzlərinin birində tətildədirlər. Rövşən bəy hərbçidir. Hərbçilər də işləri ilə bağlı hər zaman ailələrinin yanında ola bilmir, qəfildən tapşırıq gələndə harasa yollana bilirlər. Rövşən müəllim üçün Vətən hər şeydən önəmlidir, necə ki, 44 günlük Vətən müharibəsində cəbhədə oldu. Elnarə hər şeydən tez təsirlənir, ruh halına uyğun sosial şəbəkə hesabında status paylaşır. Ola bilər ki, kitabdan hansısa bir söz xoşuna gəlib, götürüb onu paylaşıb”.
Qeyd edək ki, Elnarə Xəlilova və Rövşən Cahangirov 2006-cı ildə ailə həyatı qurublar. Onların bu evlilikdən dörd övladı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm