
Əvvəl xidmət göstərin, sonra vergi tələb edin - AÇIQLAMA
08:21 30.08.2024
Cəmiyyət
531
Bələdiyyələr vətəndaşdan yazdığı kağız parçasına, bildirişə görə deyil, göstərdiyi xidmətə görə vergi toplamalıdır
Əmlak və torpaq vergisini ödəməyən şəxslərin borclarının üzərinə dəbbə pulu gələcək, ödəməynlərdən məhkəmə qaydasında tələb ediləcək.
Bələdiyyələrin onlayn xidmət mərkəzinin direktoru Adil Əhmədov xezerxeber.az-a deyib ki, bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminin əmlak məsələləri üzrə dövlət xidmətinin elektron bazasına inteqrasiya edilib. Bələdiyyələr artıq real rejimdə öz ərazilərində olan vətəndaşların vergilərinin hesablanmasını həyata keçirə bilirlər. Vergi qanunvericiliyinə əsasən, vətəndaş ona bildirişdə göstərilən vergi borcunu ödəmələdir. A.Əhmədovun sözlərinə görə, vətəndaş vergi borcunu ödəmədikdə bələdiyyələr öz qərarlarını ərazi üzrə icra probasiya şöbələrinə təqdim edirlər. Belə olan halda isə ödəniş məhkəmə yolu ilə alınır. Ödəniş məbləği zona əmsalına və əmlakın ölçüsünə görə dəyişir. Əgər vətəndaşlar onlara göndərilən SMS-lərdə və yaxud tədiyyə bildirişlərində qeyd olunan borc məbləği ilə razılaşmasalar, həmin SMS-də qeyd olunan nömrə və ya Bələdiyyələr Assosiasiyasına müraciət edə bilərlər.
İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, Azərbaycanda bələdiyyələr “ölü doğuldu” və onların üzərinə heç bir səlahiyyət və məsuliyyət yüklənmədi. Ekspertin “Sherg.az"a verdiyi açıqlamaya görə, bələdiyyələr bir növ icra hakimiyyətinin qulluğuna verildi və ona görə də bələdiyyənin imici “torpaq satan” qurum kimi formalaşdı:

“İndi bələdiyyə rəsmisi deyir ki, vətəndaş bələdiyyələr tərəfindən ona verilən bildirişə görə vergi ödəməlidir, ödəməsə, cərimələnəcək. Anlamırlar ki, bələdiyyələr vətəndaşdan yazdığı kağız parçasına, bildirişə görə deyil, göstərdiyi xidmətə görə vergi toplamalıdır. Siz əvvəl xidmət göstərin, sonra vergi tələb edin – bu işin fəlsəfəsi budur”.
N.Cəfərli əlavə edib ki, təmsil etdiyi REAL Partiyası yarandığı gündən ardıcıl, elmi əsaslarla sübut etdiyi sənədlərlə, siyasi bəyanatlarla yerli özünüidarənin gücləndirilməsinə çalışıb-çalışır, İcra Hakimiyyətinin ləğv edilməsini tələb edir, birbaşa seçilən Mer institutunun yaradılmasına çalışır: “Bələdiyyələrin səlahiyyəti, məsuliyyəti artırılmalı, Böyük Şəhər Bələdiyyələri yaradılmalı, şəhər-qəsəbə-kənd Bələdiyyə sədrləri birbaşa seçkilər vasitəsilə vətəndaşlar tərəfindən seçilməlidirlər. Tarixən belə olub – təyin edilmişlər təyin edənin, seçilmişlər isə vətəndaşın qarşısında məsuliyyətli olurlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region
Qahirədə Ərdoğan və Sisi arasında təkbətək görüş keçirildi
16:54 04.02.2026
Dünya
Zaxarovadan Türkiyəyə çağırış: Onlara mane olun!
16:53 04.02.2026
Gündəm
İsrailin elmi nailiyyətləri Azərbaycana yol açır - Ekspert
16:48 04.02.2026
Texnologiya
Sosial problemlər uşaqları müdafiəsiz qoyur - Mehriban Zeynalova
16:36 04.02.2026
Cəmiyyət