Fəhlə, sən də özünü bir insanmı sanırsan? – Tikintidə FACİƏLƏR...!
Fidan Həmişəyeva
13:26 24.08.2020
Cəmiyyət
771
“İş yerində ölənlərin sayı artır. Çünki heç kəs təhlükəsizliyi qanunauyğun standartlarla yerinə yetirmir”
“Fəhləyə 3-5 manat pul verib həyatını təhlükəyə atırlar”
“Xüsusilə tikinti yerlərində çox pis durum var. Ölüm hadisəsi olur, məsələ tez bir zamanda bağlanır”
Abşeron rayonunda fəhlə 7-ci mərtəbədən yıxılaraq ölüb. Araşdırmaya görə, 1992-ci il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu "Diadem" MMC tərəfindən rayonun "Stansiya Sumqayıt" adlı yaşayış massivində işləyib. S.Hüseynov inşa olunan hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılıb.
Təəssüf ki, hər il Azərbaycanda iş yerlərində, istehsalatda baş verən qəzalarda yüzlərlə insan həyatını itirir və ya müəyyən bədən xəsarətləri alaraq əlil olur. Ölkədə bəzi sahələrdə işçilərin təhlükəsizliyi kifayət qədər qorunmur.
İş yerlərində baş verən qəzaların qarşısının alınması üçün bütün dünya mübarizə aparır. Lakin Azərbaycanda bu durum ürəkaçan deyil.
Vəziyyəti dəyərləndirən hüquq müdafiəçisi Novella Cəfəroğlu “Sherg.az”a bildirib ki, sovet dövründə işçilərin təhlükəsizliyini qoruyan və cavabdeh olan şəxslərin xüsusi vəzifəsi olurdu. Onun sözlərinə görə, indi işçilərin təhlükəsizliyinə əhəmiyyət verilmir:
“Fəhlə işə götürülərkən ona iş qaydaları dəqiq öyrəndilməlidir. Yıxılsa, kim günahkar olacaq, ya da müəssisə hansı öhdəlikləri üzərinə götürür? Bunların hamısı standart qayda olaraq bütün tikinti şirkətlərində olmalıdır. İşə götürən müəssisə sahibi ilə işçi üzərinə götürdüyü öhdəliklərlə bağlı müqavilə bağlamalıdır.
İş yerində ölənlərin sayı artır. Çünki heç kəs təhlükəsizliyi qanunauyğun standartlarla yerinə yetirmir. Hadisə ilə bağlı dəqiq araşdırma aparılmalıdır. Daha sonra isə açıq məhkəmə keçirib, günahı varsa, təhlükəsizlik vəzifəsinə baxanı, müəssisənin sahibini həbs etməlidirlər.
Bu zaman problem düzələ bilər. Yoxsa fəhləyə 3-5 manat pul verib həyatını təhlükəyə atırlar. Xüsusilə tikinti yerlərində çox pis durum var. Ölüm hadisəsi olur, məsələ tez bir zamanda bağlanır”.
N.Cəfəroğlu qeyd edib ki, media işçiləri də araşdırmalar aparsalar, yaxşı olar:
“Azərbaycanda jurnalistlər o qədər iş görüb, milləti qoruya bilərlər ki... Bunların hamısı özümüzdən asılıdır. Bir işi götürüb sona qədər araşdırıb fəsadları üzə çıxarmaq lazımdır. Yoxsa heç nə əldə etmək mümkün olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
23:59 29.06.2026
Dünya
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol