Fil yaddaşına sahib olun: Bu 3 ədviyyat vazkeçilməzdir
19:57 08.12.2023
Cəmiyyət
899
Ədviyyatlar həm Azərbaycan, həm də ümumtürk mətbəxinin vazkeçilməzləridir. Ətirlərinin çox xoş olması öz yerində, ədbiyyatlar orqanizm üçün də bir çox faydalara sahibdirlər. Yeməklərin bişirilməsi zamanı, yaxud da yeməklərə sonradan əlavə edilən ədviyyatların bir çoxu həzm prosesinin sürətlənməsinə, mədənin rahatlığına, bağırsaqların daha yaxşı çalışmasına kömək edir. Ağızdan gələn pis qoxunu aradan qaldırır. Ədviyyatlar arasında elələri də var ki, yaddaşı gücləndirməyə xidmət edir. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən türkiyəli daxili xəstəliklər üzrə həkim Osman Müftüoğlunun ədviyyatlarla bağlı məsləhətlərini təqdim edir. Osman Müftüoğlu 3 ədviyyat haqqında “onlar ən yüksəkdə dayanır” deyib. Hansılardır onlar? Həkim qeyd edib ki, gün ərzində qəbul etdiyimiz bir çox ədviyyatlar yaddaşsızlıq probleminə qarşı təsirlidir. Son illərdə xüsusən gənclər arasında yaddaşsızlıq sindromu yaşanır. Bunun qarşısı nə qədər tez alınsa, bir o qədər faydalıdır. 3 ədviyyat var ki, onlardan mütəmadi isifadə etməklə “fil yaddaşı”na sahib olmaq mümkündür. Yaddaş itkisinə folik-asit və vitamin B12 çatışmazlığı səbəb olur. Bu sıraya nizamsız həyat tərzi, yuxusuzluq, hərəkətsizlik, oturaq iş və həyat tərzi, eləcə də, müasir texnologiyalarla həddindən artıq çox məşğul olmaq da daxildir. Osman Müftüoğlu yaddaşsızlığın aradan qalxmasına kömək edəcək ədviyyatları belə sıralayıb: zərdəçal (üyüdülmüş sarıkök), zəfəran və cirə (kimyon). Alman alimlərinin araşdırmalarına görə, sarıkök beynin fəaliyyətini tənzimləyir, beyindəki sinir hüceyrələrini inkişaf etdirir, beyni qoruyur. Gün ərzində çay qaşığı sarıkök istifadə etməklə beynin fəaiyyətini gücləndirmək mümkündür. Sarıkök yaşlı insanlarda beyin funksiyalarının pozulmasının da qarşısıını alır. Sarıkökü yağlı yeməklərə əlavə etmək faydalıdır. Cirə və zəfəranı da yeməklərə, şirniyyatlara əlavə etmək lazımdır. Bu ədviyyatların tərkibindəki xüsusi maddələr beynin fəaliyyətini gücləndirir, yaddaşı bərpa edir.
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi