Generalın xanımı: "Polad Həşimov qələbəni görmədi, amma əmin idi"
Yusif Nəzərli
10:07 08.11.2024
Cəmiyyət
467
"Xatırlayıram, gecə saatları idi, Bakının küçələrindən coşqulu insan səsləri gəlirdi. Telefonum ard-arda zəng çaldı. Dedim, xeyir xəbər olsun. Gələn zənglər deyirdi, gözünüz aydın, qələbə çaldıq! Sevinc, göz yaşı və kədər içində idim. Uşaqları oyatdım, təbrik etdim. Otaqda Polad Həşimovun böyük şəkli var idi. Onun önünə keçdim, baxdım, baxdım..."
Bunu Modern.az-a açıqlamasında şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova deyib.
Ofelya xanım vurğulayıb ki, Qarabağda qazanılan Zəfər şəhidlərin əmanətidir və bu əmanəti yaşatmaq hər bir azərbaycanlının borcudur:
"Zəfər bir xalq üçün böyük xoşbəxtlikdir. Bizim əldə etdiyimiz Qələbə yalnız Qarabağın işğaldan azad olunması ilə məhdudlaşmır, biz birliyimizi, gücümüzü ortaya qoyduq. Biz bütün dünyaya möhkəm iradəmizi, tariximizin həqiqətlərini, milli kimliyimizi nümayiş etdirdik. Zəfəri birlik, Allahın Azərbaycan xalqına göstərdiyi köməklik, şəhidlərimizin canı, qazilərimizin qanı, Ali Baş Komandanın rəhbərliyi, hərbçilərimizin, əsgərlərimizin cəsarəti və xalqın fədakarlığı ilə əldə etdik. Zəfər bizə şəhidlərimizin əmanətidir, onu qorumaq biz azərbaycanlıların vəzifəsidir. Dünyanın hansı nöqtəsində yaşamağımızdan asılı olmayaraq, vətəni içimizdə yaşatmalı, fəxr etməli, yeri gələndə həqiqətləri çatdırmalıyıq. Qoy birliyimiz, qələbəmiz daim olsun".
Şəhid generalın xanımı söyləyib ki, Polad Həşimov sağ olsaydı, qələbəni elə xalqın içində qeyd edərdi:
"Polad Həşimov bütün ömrünü işğal altında olan ərazilərimizin geri qaytarılması yolunda səfərbər etmişdi. Onun keçdiyi mübarizə dolu yolun ən birinci şahidiyəm. Bəli, qələbəni görmədi, amma əmin idi. Polad Həşimovun illərlə yetişdirdiyi zabit və əsgərlər hərb meydanında öz gücünü ortaya qoydular. Bilirəm, ruhu şaddır cənab generalın. Əgər bu gün sağ olsaydı, qələbəni elə uğrunda canından keçməyə hazır olduğu xalq ilə birlikdə qeyd edərdi.
Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm, qoy birliyimiz, qələbəmiz daimi və əbədi olsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm