Həbsdə olan icra başçısı istintaqda pul aldığını ETİRAF ETDİ
Yusif Nəzərli
06:45 19.04.2022
Cəmiyyət
423
Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİN) həbsdə olan sabiq başçısı Ceyhun Cəfərovun ibtidai istintaq və məhkəməyə verdiyi ifadəsi məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, o, dindirilən zaman elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
Ceyhun Cəfərov ifadəsində deyib ki, 16 aprel 2014-cü il tarixdən Kürdəmir RİH-in başçısı vəzifəsində işləyib, buna qədər isə (2011-2014) Tərtər RİH-in başçısı olub:
“Birinci müavinim Tacəddin Novruzov, yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində isə Natiq Kərimov işləyirdi. İttihamları qəbul etmirəm”.
Lakin ibtidai istintaq zamanı Ceyhun Cəfərov özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Kürdəmir RİH-in başçısı vəzifəsində işlədiyi müddətdə Rayon Mərkəzi Xəstəxanasının müxtəlif vaxtlarda baş həkimi olmuş Məhəmməd Musayev və Eynulla Novruzovdan rayon tədbirlərinə xərclənməsi üçün pul alınıb.
Belə ki, 2015-ci ilin iyun ayından etibarən Tacəddin Novruzov göstərişim əsasında həmin vaxt baş həkim işləmiş Məhəmməd Musayevdən ildə iki dəfə olmaqla 1 000 manat pul tələb edərək alıb. Həmin pulu rayon ərazisində keçirilən “ölkəmizi tanıyaq” layihəsinə sərf etmişəm. Məhəmməd Musayev baş həkim işlədiyi 3 il ərzində ildə iki dəfə olmaqla ondan 6 dəfə, hər dəfəsində isə 1 000 manat pul alınıb.
Bundan sonra Tacəddin Novruzov baş həkim təyin edilən Eynulla Novruzovdan da göstərişim əsasında ildə iki dəfə olaraq hər dəfə 1 000 manat pul tələb edərək alıb. Həmin pul vəsaitləri də “ölkəmizi tanıyaq” layihəsinə sərf olunub.
Ümumilikdə Məhəmməd Musayevdən 3 il ərzində 6 dəfə olaraq, cəmi 6 000 manat, Eynulla Novruzovdan isə iki dəfə olaraq 2 000 manat məbləğində pulu birinci müavinim vasitəsilə almışam”.
Qeyd edək ki, Ceyhun Cəfərov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimovun hər biri 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayevin hər biri isə 8 il üç ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil