Həbsdə olan sabiq vəzifəlinin ailəsinə dələduzluq edən şəxslə bağlı YENİ QƏRAR
Həbsdə olan sabiq vəzifəlinin ailəsinə dələduzluq edən şəxslə bağlı YENİ QƏRAR
Yusif Nəzərli
11:32 16.11.2022
Cəmiyyət
393
Azərbaycan Dövlət nəfəs alətləri orkestrinin sabiq bədii rəhbəri Lütfi Qədirovun ailəsinə qarşı dələduzluq etməkdə təqsirli bilinən Xanlar Məlikov və Əlifəttah Əliyev barəsindəki hökmdən verilmiş şikayət və protestə baxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılan iş üzrə qüvvədə olan ittihamedici hökm qismən ləğv edilərək yeni ittihamedici hökm çıxarılıb.
Məhkəmə dövlət ittihamçısının protestini əsaslı hesab edib. İttiham olunan Əlifəttah Əliyev barəsində 8 min manat cərimə edilərək şərti cəza təyin olunması ilə bağlı hökm ləğv olunub. Qərara əsasən, Əlifəttah Əliyevə 5 il 6 ay həbs cəzası verilib.
O, məhkəmə zalında həbs olunub.
Müdafiə tərəfinin şikayətləri isə təmin olunmayıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin uzun illər bədii rəhbəri olmuş Lütfi Qədirov və Orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova külli miqdarda dələduzluqda ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lütfi Qədirov 11 il azadlıqdan məhrum edilib, Nəzakət Zairovaya isə şərti cəza verilib.
İş üzrə istintaq dövründə Lütfi Qədirova daha yüngül cəza təyin olunması və ya həbsdən azad edilməsinə kömək etməsi üçün ailəsi tərəfindən əvvəllər hüquq-mühafizə orqanlarında işləmiş Xanlar Əliyevə 52 500 manat pul verilib.
Razılaşmaya görə, Lütfü Qədirov azadlığa buraxılacağı halda Xanlar Əliyevə daha 50 min manat veriləcəkmiş.
İstintaq zamanı məlum olub ki, Lütfü Əliyevin qardaşı Şirxan Qədirov Xanlar Əliyevlə sinif yoldaşı Əlifəttah Əliyev vasitəsi ilə tanış olub.
Lütfü Qədirov 11 il azadlıqdan məhrum edildikdən sonra ailəsi dələduzluqla üzləşmələri barədə prokurorluğa müraciət edib.
Xanlar Məlikov və Əlifəttah Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) və 32.4,312.2-ci (rüşvət vermədə iştirak) maddələri ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xanlar Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib. Əlifəttah Əliyevə isə 8 min manat cərimə cəzası təyin olunaraq şərti cəza verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm