“Heç kim tutduğu vəzifəyə görə insanlara zərər vura bilməz”
Fidan Həmişəyeva
15:49 25.08.2020
Cəmiyyət
612
“Vəzifəli şəxslər statuslarından istifadə edib, karantin rejiminin tələblərinə hörmətsiz yanaşmamalıdırlar”
Prezident İlham Əliyev vəzifəsindən, statusundan asılı olmayaraq hər kəsi dəfələrlə qanunlara riayət etməyə çağırıb. Ölkə başçısı hər zaman qaydaları pozanların cəzalandırılmasını tələb edib. Bu baxımdan heç kəs unutmamalıdır ki, Azərbaycan hüquqi dövlətdir. Ölkəmizdə qanunun aliliyi bərqərar olub. Heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir.
Ölkəmizdə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi karantin rejimi tətbiq olunub. Koronavirusla mübarizə ümummilli məsələdir. Heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ataraq onların sağlamlığına zərər gətirə bilməz. Bu reallığı hamı, həmçinin bəzi akademiklər də bilməlidir. Başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə“Sherg.az”a bildirib ki, bu günə kimi karantinin tələblərini pozaraq əyləncə təşkil edən çoxlu sayda şəxs məsuliyyətə cəlb edilib.
Baş redaktor vurğulayıb ki, bəzi vəzifəli şəxlərin, məmurların mövcud karantin rejiminin qaydalarını pozması cəmiyyətdə hiddət doğurub:
“Heç kəs unutmamalıdır ki, kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Yüksək rütbəli məmurlar, vəzifə sahibləri belə qanunvericiliyin tələblərini, karantin qaydalarını pozurlarsa, hüquq-mühafizə orqanları mütləq ölçü götürməlidirlər.
Cənab Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza, mövcud karantin rejiminin tələblərinə hörmətsiz yanaşa bilməz”.
V.Rəhimzadə bildirib ki, hər bir şəxs karantin rejiminin davam etdiyi dövrdə mövcud reallığı, qanunların aliliyini, Prezidentin mövqeyini əsas götürməlidir:
“Çünki koronavirusla mübarizə ümummilli məsələdir. Heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər vura bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı
00:18 30.06.2026
Cənubi Qafqaz
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
23:59 29.06.2026
Dünya
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol