İctimai yerlərdə ayıq-sayıq olun
Yusif Nəzərli
22:25 15.11.2022
Cəmiyyət
371
Türkiyədə baş verən terrordan sonra hər şübhəli ilə bağlı dərhal lazımi orqanlara məlumat verilməlidir
“Hər hansı bir şübhəli əşya və ya şəxs gördükdə vətəndaşlar hüquq-mühafizə orqanlarına məlumat verməlidir”. Bunu Türkiyədə olduğu kimi ölkəmizdə də terror təhlükəsinin ola bilmə ehtimalını şərh edərkən Azərbaycan təhlükəsizlik orqanlarının və Birinci Qarabağ müharibəsinin veteranı, DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev Trend-ə deyib.
Onun sözlərinə görə, bütün vətəndaşlar həmişə ayıq-sayıq olmalıdır: “Bu gün terrora qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə bərabər, vətəndaşlar da həmişə ayıq-sayıq olmalıdır. Türkiyədə baş verən hadisəni diqqətlə nəzərdən keçirsək, görərik ki, Türkiyədə partlayış zamanı terrorçu çantanı insanların gur toplaşdığı yerdə qoydu və ondan sonra partlayış baş verdi. Əgər kimsə zamanında həmin şübhəli çantanı görsəydi, dərhal hüquq-mühafizə orqanlarına məlumat verərdi və hadisənin miqyasının müəyyən mənada qarşısı alına bilərdi. Əlbəttə ki, bunlar ehtimallardır, istənilən halda həm Türkiyə, həm də Azərbaycan vətəndaşları ayıq-sayıq olmalıdır.
Bəzən görürsən ki, yolda hər hansı bir naməlum əşya var, gənclər gəlib ona toxunur, təpikləyirlər. Belə hallara yol vermək olmaz. Azərbaycanda 90-cı illərdə xeyli terror hadisəsi törədilib. Yəni kimsə hər hansı bir əşya görürsə, düşünməlidir ki, burada partlayıcı maddə ola bilər. Xüsusilə, insanların kütləvi olduğu yerlərdə vətəndaşlar ayıq-sayıq olmalıdırlar. Hər hansı bir şübhəli əşya və ya şəxs gördükdə vətəndaşlar hüquq-mühafizə orqanlarına məlumat verməlidir”.
Politoloq Qabil Hüseynli isə “Şərq”ə açıqlamasında terror təhlükəsindən heç bir ölkənin sığortalanmadığını, terrorun bütün dünya üçün təhdid olduğunu deyib:
“Siyasi məqsədlər üçün günahsız insanlara qarşı törədilən qanlı faciələrin heç bir izahı yoxdur. Biz də ətrafımızda baş verən bu hadisələrdən lazımi dərs çıxarmalıyıq. Öncə ölkədə təhlükəsizlik tədbirlərini gücləndirmək və mümkün təhlükənin hardan gələ biləcəyini müəyyənləşdirmək lazımdır. Digər lazımi tədbir isə əhalinin ayıq-sayıq olmasıdır, vətəndaşlar şübhə doğuran hallar haqqında dərhal hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər”.
Politoloq Ermənistandan başqa hansısa digər konkret ölkənin Azərbaycanda terror olayında maraqlı olduğunu düşünmədiyini deyib:
"Çünki belə bir hadisə baş verərsə, terrorun mənbəyi dərhal bəlli olacaq və Azərbaycanın həmin ölkə ilə münasibətləri gərginləşəcək. Buna baxmayaraq müxtəlif ölkələrdə fərqli qruplar da var ki, onlar Azərbaycanı içəridən qarışdırmaq üçün istənilən plan tərtib edə bilərlər. Ona görə təhlükəsizliyimizə cavabdeh olan qurumlar həmin qrupların Azərbaycana müdaxilə imkanlarını neytrallaşdırmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual
Starmer və Tramp Rusiya-Ukrayna və İran məsələlərini müzakirə edib
15:55 18.02.2026
Gündəm
Məsud Pezeşkian region ölkələrinə çağırış etdi
15:51 18.02.2026
Region
“Paşa”nı həyatları bahasına xilas etdilər
15:22 18.02.2026
Hadisə
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq
15:02 18.02.2026
Sosial
Umerov: Cenevrədə üçtərəfli danışıqlarda irəliləyiş əldə olunub
15:00 18.02.2026
Dünya
Əbdül Mahmudov: Yenidən xəstəxanaya yerləşdirilə bilrəm
14:46 18.02.2026
Cəmiyyət
Nəriman Əliyev bacısı oğlunun həbsini istəyir
14:36 18.02.2026
Hadisə
İran və Rusiya hərbi dəniz təlimlərinə başlayır
14:19 18.02.2026
Dünya
Mətanət Əsədova özünü əsl “qədeş” kimi aparırdı - FOTO
14:09 18.02.2026
Cəmiyyət
Zelenski: Rusiya danışıqlar prosesini uzatmağa çalışır
13:53 18.02.2026
Dünya
Dahi Qara Qarayevin tələbəsinin 80 yaşı tamam olur
13:33 18.02.2026
Mədəniyyət
Yaponiyanın “Dəmir ledisi” yenidən baş nazir seçildi
13:26 18.02.2026
Dünya