İlkin qeydiyyat yüksək səviyyədə aparılır
İlkin qeydiyyat yüksək səviyyədə aparılır
Yusif Nəzərli
08:46 04.10.2023
Cəmiyyət
563
Bu, gələcəkdə reinteqrasiya planının səmərəli şəkildə həyata keçirilməsi nöqteyi-nəzərindən ən vacib komponentlərdən biridir
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar.
Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası məlumat yayıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin Azərbaycan cəmiyyətinə tam şəkildə reinteqrasiya olunması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb:
“Bildiyimiz kimi, bu il sentyabr ayının 21-də Yevlax şəhərində Qarabağın erməni icması ilə Azərbaycan nümayəndələri arasında görüş baş tutdu. Görüş zamanı Azərbaycan nümayəndə heyətinin məsul şəxsi Ramin Məmmədov Ermənistan tərəfinə reinteqrasiya planını təqdim etdi. Həmin plan bütövlükdə Azərbaycan Respublikası Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyasını, həmin əhalinin xidmətində olan infrastrukturun bərpası, istifadəsi və bununla bağlı zəruri fəaliyyətlərin təşkili ilə bağlı məsələləri özündə ehtiva edir. Bu plana əsasən sosial-iqtisadi paket reinteqrasiya planın özəyidir”.
A.Allahverənov Qarabağda yaşayan ermənilərin ilkin qeydiyyatının aparılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) xüsusi tapşırıq verildiyini vurğulayıb:
“İlkin qeydiyyata dair müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqrasiya Xidməti tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal (reintegration.gov.az) vasitəsilə elektron həyata keçirilir. Qeydiyyatda aparılma gələcəkdə həmin şəxslərin dövlət xidmətlərindən səmərəli şəkildə istifadə edə biləcəkləri üçün vacib haldır. Bu baxımdan ilkin qeydiyyatı çox yüksək dəyərləndirirəm. Hesab edirəm ki, bu, gələcəkdə reinteqrasiya planının səmərəli şəkildə həyata keçirilməsi nöqteyi-nəzərindən ən vacib komponentlərdən biridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm