“İnşaat Konstruksiyaları” MMC-dən dələduzluq! - “Nə kirayə pulu ödəyir, nə də evi təhvil verir”
Fidan Həmişəyeva
15:28 24.08.2020
Cəmiyyət
1423
Əliyeva Tamilə Novruz qızı redaksiyamıza müraciət edərək “İnşaat Konstruksiyaları” MMC-dən şikayətçi olduğunu bildirib. Xanım bildirir ki, Yasamal rayonu Zülalov küçəsindəki 4 mərtəbəli köhnə tikilidə, bina-19, ev-34-də yerləşən mənzili “İnşaat Konstruksiyaları” MMC ilə bağlanmış müqaviləyə əsasən 2016-ci ildə sökülüb. Əvəzində isə həmin binanın yerində ucaldılan çoxmərtəbəli yeni binadan tam təmirli mənzil verilməlidir.
T.Əliyeva qeyd edib ki, bina tikilib hazır olana qədər ona hər ay 250 manat kirayə pulu verilməli idi:
“Hazırda binanın tikintisi başa çatıb. Razılaşmaya görə, həmin binada yerləşən 1 otaqlı, 54 kv metrlik olan 135-ci mənzil verilməlidir. Mənzil tam təmir olunaraq təqdim edilməlidir. Bu günə qədər isə mənzil sadəcə suvaq olunub. Əksər vətəndaşın mənzili təmir olunub və onlar artıq öz evlərinə köçüblər”.
Şikayətçi bildirir ki, kirayə pulları 2-3 aydır, gecikdirilir. Həmin pulu dava-dalaşla alırlar:
“2 aydır kirayə pulu verilməyib. 2019-cu ilin oktyabr ayından bəri isə mənzildə heç bir təmir işi aparılmır. Şirkətin Yasamal rayonundakı ofisinə və binaya nəzarət edən şəxslərə dəfələrlə müraciət olunsa da, nə kirayə pulu verilir, nə də mənzildə təmir işləri aparılır. Ofisdə binaya nəzarət edən şəxslərdən kimə müraciət etsəm də, hamı “mənim xəbərim yoxdur, heçnə bilmirəm” deyib məni geri göndərirlər. Bununla bağlı şikayət edəcəyimi desəm də, heç bir reaksiya vermirlər, nə də binaya məsul şəxs kimi qarşıma çıxıb məlumat verən tapılır”.
Qeyd edək ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı
00:18 30.06.2026
Cənubi Qafqaz
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
23:59 29.06.2026
Dünya
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol