
İqtisadçı: Əhali bazarın üfunətindən təngə gəlmişdi
Yusif Nəzərli
00:12 31.10.2024
Cəmiyyət
359
Kim harada istəyir antisanitar şəraitdə alverlə məşğul ola bilməz
“Bazarda qayda-qanun, təmizlik, səliqə-sahman olmalıdır. Ticarətlə məşğul olanlar üçün yenə də normal şərait yaradılmalıdır”
Bakının Nizami rayonunda yerləşən “Vosmoy bazarı” kimi tanınan “8-ci km. Ticarət Mərkəzi”nin ətrafındakı küçə ticarətinin yığışdırılmasına başlanılıb. Bununla bağlı görüntülər və fotolar sosial şəbəkədə yayılıb. Ərazidə taxta və lambirindən qurulmuş kiçik köşklər, piştaxtalar sökülür. Görüntülərdə küçə ticarətinin aparıldığı ərazinin təmizlənməsinə başlanıldığı əksini tapıb. Lakin uzun illərdir burada ticarətlə məşğul olanlar narazıdır. Köşklər söküldüyündən obyekt sahibləri mallarını ərazidən çıxarmağa məcbur qalıb. Satıcılar söküntü ilə bağlı onlara əvvəlcədən məlumat verilmədiyindən şikayətlənir və mallarını harada satışa çıxaracaqlarını bilmirlər. “Bu mallara pul ödəyib almışıq, hamısı əlimizdə qalıb. Neyləyəcəyik, harada sataq, borcumuzu necə ödəyək”, deyə ticarətçilər şikayətlənirlər. Nizami Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən açıqlamada isə qeyd olunur ki, bazarın yaxın ətrafındakı mövcud küçə ticarətinin yığışdırılmasına ötən gündən start verilib. “Ərazidə səliqə-sahmanın bərpa olunması üçün həyata keçirilən işlər çərçivəsində küçə ticarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılır”.
“Vosmoy bazarı”nın üfunətli, zibillərlə dolu, antisanitar vəziyyəti hər kəsə bəlli idi. Bu bazarda ayaq qoymağa nəinki yer, heç təmiz yer də tapılmırdı. Balıq satışı sırası isə lap dəhşətli vəziyyətdə idi. Ərzaqlar, qida mıəhsulları yerə tökülüb satılırdı. Belə antisanitar vəziyyətə əncam çəkilməsi, üfunətli bazarın bağlanması müsbət haldır. Lakin əlbəttə ki, uzun illər orada satışla məşğul olan, evinə çörəkpulu aparanların maddi baxımdan çətin duruma düşdüyü də gözardı edilməməlidir.
İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bütün işlər qanun çərçivəsində aparılmalıdır:

- Nə olursa-olsun, qanun çərçivəsində olmalıdır. Bu gün kəndlinin məhsulunu rahat şəkildə gətirib satmasına şərait yaradılmalıdır. Amma bu o demək deyil ki, kimsə küçədə dana, qoyun kəsib, antisanitar şəraitdə ət satışı ilə məşğul ola bilər, nə də kimlərsə də balıq, toyuq, ördək, qazları səki kənarında avtomobil təkərlərindən qalxan toz, benzin qoxusu altında satmalıdır. Mənfi hal budur ki, bəziləri özünə yazıq görkəmi verib, satışa icazə istəyir, yerli orqanlar da nəyinsə müqabilində buna icazə verir. Birisi “yazıqdır” deyə, vətəndaş çirkli qida almalıdır, zəhərlənməlidir!?. O ərazidə yaşayan əhali bazarın üfunətindən təngə gəlmişdi. Bazardır deyə, antisanitar vəziyyətə göz yummaq olmaz. Bazarda qayda-qanun, təmizlik, səliqə-sahman olmalıdır. Ticarətlə məşğul olanlar üçün yenə də normal şərait yaradılmalıdır. Sirr deyil ki, bu satıcılar dünənə qədər “5-3” manat verib piştaxta alırdılar, mallarının satırdılar. İndi bu “5-3” manatın istiqaməti dəyişməlidir. Qanuni şəkildə yer haqqı ödəyib səliqə ilə satışla məşğul olmaq mümkündür. Bunu da yerli icra orqanı tənzimləməlidir. Qeyri-rəsmi ödənişlər, rəsmiləşsin, qanuniləşsin, ticarət yenə davam etsin. İdarəçilik, təsərrüfatçılıq qabiliyyəti olan icra hakimiyyəti bunu edə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya