İşləmək istəyən kişi müəllimlərin sayı artıb
Məlahət Rzayeva
19:48 12.07.2019
Cəmiyyət
1040
Artıq məktəblərdə müəllimlərin dolanışığı üçün normal imkanlar yaradılıb
Təhsil naziri Ceyhun Bayramov müəllim işləmək üçün müraciət edənlər arasında kişilərin çoxluq təşkil etdiyini deyib. «Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycanda qadın müəllimlərin sayı üstünlük təşkil edir. Ancaq qısa müddətdə orta məktəbdə qadın-kişi müəllimlərinin nisbətinin tarazlaşacağını gözləmək düzgün olmaz. Lakin ötən illərlə müqayisədə müəllim işləmək üçün müraciət edən kişilərin sayında artım var.Bunu böyük məmnunluq hissi ilə qeyd edirik. Çünki bütün sahələrdə olduğu kimi təhsildə də daha yaxşı nəticələrin əldə edilməsi üçün balansın qorunması vacibdir”- deyə, nazir vurğulayıb.Orta məktəblərdə kişi müəllimlərin azlığının səbəbi isə müxtəlif amillərlə izah edilir. Nazirliyin saytında yer alan məlumata görə, kişi müəllimlərin azlığına əmək haqqı ilə yanaşı, digər amillər də təsir edir. Bunlar özəl sektorda çalışmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və bu kimi digər məsələlərlə bağlıdır.Məlumata görə, hazırda Azərbaycanda müəllimlərin 76,27 faizi qadınlardır. Ümumtəhsil məktəblərində müəllimlərin əksəriyyətini qadınların təşkil etməsi bütün ölkələr, o cümlədən Azərbaycan üçün səciyyəvidir. Lakin bu amilin şagirdlərə, onların davranışına psixoloji təsirləri (müsbət və ya mənfi) barədə əsaslı tədqiqatlar aparılmayıb. Ona görə də qadın müəllimlərin məktəblərdə üstünlük təşkil etməsinin birmənalı olaraq mənfi göstərici kimi qiymətləndirilməsi düzgün olmazdı.
Təhsil eksperti Nabatəli Qulamoğlu «Şərq»ə açıqlamasında orta məktəblərdə dolanışıq üçün yaxşı imkanlar yarandığını dedi:
- Azərbaycan təhsil sistemində kadr transformasiyası davam edir. Və bu proses əvvəlki təhsil nazirinin zamanından başlayıb. Müəllim işləmək istəyənlər müraciət edir, işə qəbul prosesində, imtahanlarda iştirak edirlər və qəbul olunurlar. Onu deyim ki, hazırda müəllimlərin işə qəbulu 90 faiz şəffaf həyata keçirilir. Bu da imkan verir ki, biliyi, savadı olan müəllim kimi işə qəbul edilsin. İşə qəbul edildikdən sonra təxminən 1 ay müddətində müəllimin özünü tanıtması, özünü təsdiqi dövrüdür. Bu müddətdə valideynlər də yaxşı, bacarıqlı müəllimi tanıyır və getdikcə övladlarının əlavə dərs məşğələlərini də artıq ona tapşırmağa başlayırlar. Bunu adı, bildiyimiz repetitorluqdur. Müəllim məktəbdə işləyə-işləyə təcrübə qazanır. Bu da onun təcrübəli repetitor kimi tanınmasını təmin edir. Hazırda müəllimlik sənəti, müsbət mənada yaxşı qazanc yeridir. Müəllim ailəsini dolandırır, əlavə gəlir əldə etmək üçün də imkanlara sahib olur. Elə müəllim tanıyıram ki, repetitorluqla ayda 2 min manat pul qazanır. Hesab edirəm ki, kişilərin müəllim işləmək istəyinin əsas səbəblərindən biri orta məktəblərdə normal dolanışıq üçün imkanların olmasıdır. Yəni təhsil müəssisəsi qazanclı, gəlirli sahəyə çevrilib. Kişi-qadın müəllimlər balansının pozulmasının şagirdlərin təlim-tərbiyəsində əhəmiyyətinə gəlincə, N.Qulamoğlu bu fikirlə razılaşmadığını dedi:- Məktəbdə kişi müəllimlərin azlıq təşkil etməsindən gileylənənlər, mənə belə gəlir ki, hərb sahəsini sevənlərdir. Məktəb hərbi poliqon deyil, hərbi hissə də deyil ki, şagirdlər sərt davranışlara alışdırılsın, «kişi» kimi tərbiyə olunsunlar. Məktəb təhsil, təlim-tərbiyə müəssisəsidir. Orda çomaqla, xətkeşlə uşaqları öyrətmirlər. Təhsilin səviyyəsi, şagirdlərin vətəndaş kimi yetişməsi qadın və ya kişi müəllimlərin azlığına-çoxluğuna bağlı məsələ deyil. Məktəbdə təlim-tərbiyə prosesi düzgün qurulmalıdır. Çalışmaq lazımdır ki, şagirdlərdə məktəbə, təhsilə maraq oyansın. Şagirdlər məktəbə gəlməkdən, müəllimləri ilə ünsiyyət yaratmaqdan zövq alsınlar. Elə qadın müəllimlər olub və bu gün də var ki, sərtliyi ilə 100 kişini əvəz edir, elə kişi müəllimlər də ola bilər ki, şagird ona sayğısız yanaşar. Bu məsələlər uşaqların ən əvvəl ailədə tərbiyəsindən qaynaqlanır. Əgər valideyn 6 yaşına qədər övladına düzgün tərbiyə verməyibsə, müəllimə – böyüyə sayğını öyrətməyibsə, məktəbdə bu uşağın işi çətin olacaq. O, məktəbdə kiminlə necə davranmalı olduğunu öyrənməlidir hələ. Axı uşaq 1 yaşından məktəbə getmir. «Yonulmamış» uşağa təlim-tərbiyə, ədəb qaydalarını öyrətmək üçün artıq müəllimdən böyük ustalıq tələb olunur. Yəni dediyim budur ki, təhsilimizin səviyyəsinin yüksəlməsi amilləri sırasında kişi-qadın müəllimi balansının qorunması bəlkə ən aşağı pillədə dayanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor”u çalışdıra bilər
00:10 17.09.2026
Futbol
Turqutluda Bakının azad edilməsinin 108-ci ildönümü qeyd olunub
23:59 16.09.2026
Tarix
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə