Kamran Əliyev ATƏT-in Media azadlığı üzrə Nümayəndəsi ilə görüşüb
Yusif Nəzərli
14:23 25.04.2022
Cəmiyyət
379
Aprelin 25-də Baş prokuror Kamran Əliyev ATƏT-in Media azadlığı üzrə Nümayəndəsi Tereza Ribeyro ilə görüşüb.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanın ATƏT və onun institutları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu qarşılıqlı münasibətlərin dövlətimizin Avropa ilə inteqrasiya prosesində mühüm rol oynadığını bildiib.
Kamran Əliyev ölkəmizdə söz və mətbuat azadlığının bütün demokratik prinsiplərə cavab verdiyini vurğulayaraq, bu sahədə müsbət nailiyyətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olması, müasir dövrdə isə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə söz və mətbuat azadlıqlarının inkişafı istiqamətində həyata keçirilən siyasət nəticəsində əldə olunduğunu qeyd edib.
Baş Prokuror ölkəmizdə prokurorluq orqanlarının sosial media siyasətini tənzimləyən sənədlər haqqında Tereza Ribeyroya geniş məlumat verərək prokurorluq orqanlarının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, qanunçuluq, hər kəsin qanun qarşısında bərabərliyi, fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarına əməl və hörmət edilməsi, qərəzsizlik, siyasi bitərəflik prinsiplərinin rəhbər tutmasını vurğulayıb.
Kamran Əliyev həmçinin Baş Prokurorluq tərəfindən KİV-lərin nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq təşkil olunan görüş və brifinqlər barədə qonağa ətraflı məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Tereza Ribeyro ikitərəfli münasibətlərə toxunaraq ATƏT-in Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və bütün sahələrdə müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.
Tereza Ribeyro Azərbaycan hökumətinin demokratiyanın möhkəmləndirilməsi, xüsusilə də söz və mətbuat azadlıqlarının istiqamətində atdığı addımların təqdirəlayiq olduğunu vurğulamış və gələcəkdə ATƏT-in Media azadlığı üzrə Nümayəndəliyi tərəfindən azərbaycanlı jurnalistlər və müxtəlif qurumların mətbuat xidməti ilə əlaqəli sahədə çalışan əməkdaşları üçün təlimlərin keçiriləcəyini qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil