Karantin sərnişin daşımaya necə təsir edib? - STATİSTİKA
10:33 30.07.2020
Cəmiyyət
911
“Aprel ayında sərnişin daşımalarda 80 faizədək azalma olub”
Lent.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin pandemiya dövründə apardığı monitorinq tədbirlərinin statistik məlumatlarında qeyd olunub:
“Statistik məlumatlara əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tənzimləmə dairəsi çərçivəsində normal rejimdə gün ərzində daşınan sərnişinlərin sayı təxminən 2 milyon 56 min nəfər təşkil edirdi.
Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu il martın 3-də tətbiq olunan təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması ilə bağlı məhdudiyyətdən sonra martın 4-də avtobusla şəhərdaxili, rayondaxili və şəhərlərarası, rayonlararası sərnişin daşımalarında artıq orta hesabla təxminən 21 faizlik azalma müşahidə olunaraq gün ərzində daşınan sərnişinlərin ümumi sayı təxminən 1 milyon 624 min nəfər təşkil edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 23-də qəbul etdiyi qərar əsasında Azərbaycanda martın 24-dən aprelin 20-dək xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında daşımalar istisna olmaqla ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti tam dayandırıldığından və əhalinin “icazə” tətbiq edilməklə hərəkəti məhdudlaşdırıldığından aprel ayı ərzində sərnişin daşımalarında stabil azalma olmuş və normal rejim ilə müqayisədə sərnişin daşımalarında təxminən 80 faizədək azalma müşahidə edildi”.
Statistikada karantinlə bağlı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə marşrut avtobuslarının sayının azaldığı da əks olunub:
“Normal iş rejimində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtobus marşrutları üzrə sərnişin daşımaları 12 hüquqi şəxs və 13 nəfər fiziki şəxs tərəfindən yerinə yetirilirdi. Bakı-Sumqayıt istiqaməti üzrə 8 marşrutda 68 avtobus, Bakı-Abşeron istiqaməti üzrə 13 marşrutda 66 avtobus və Sumqayıt-Abşeron istiqaməti üzrə 9 marşrut üzrə 61 avtobus olmaqla, ümumilikdə gündəlik 30 marşrut üzrə 195 avtobus istismar edilirdi.
Xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər səbəbindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında sərnişin axını azaldığı üçün istismar olunan avtobusların sayı da sərnişin axınına uyğunlaşdırılıb. Buna müvafiq olaraq sərnişin daşımaları 7 hüquqi şəxs və 13 fiziki şəxs tərəfindən davam etdirilib. Belə ki, Bakı-Sumqayıt istiqaməti üzrə 8 marşrutda 32 avtobus, Bakı-Abşeron istiqaməti üzrə 13 marşrutda 53 avtobus və Sumqayıt-Abşeron istiqaməti üzrə 9 marşrut üzrə 54 avtobus olmaqla, ümumilikdə gündəlik 30 marşrut üzrə 139 avtobus istismar edilir.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtobus marşrutları ilə aprel ayı üzrə 497885, may ayı üzrə 674310, iyun ayı üzrə 590020 sərnişin və iyul ayı üzrə 417070 şərnişin olmaqla, ümumilikdə 2179285 nəfər sərnişin daşınıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm