“Bu siyahıyaalma keçmişin işi idi, görülüb bitməliydi, bunlarsa hələ gələcəkdə görəcəklər”
Kənd Təsərrüfatı Nazirliyi çiynini “çox böyük iş”in altına verir
08:59 10.10.2023
Cəmiyyət
716
İndiyədək elektron sistem yaradılmalıydı
“Bu siyahıyaalma keçmişin işi idi, görülüb bitməliydi, bunlarsa hələ gələcəkdə görəcəklər”

“Bu siyahıyaalma keçmişin işi idi, görülüb bitməliydi, bunlarsa hələ gələcəkdə görəcəklər”
Nazirlər Kabineti “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” qərar verib. Qərara əsasən, 2025-ci il iyulun 15-dən avqustun 15-dək Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınması keçiriləcək. Siyahıyaalma kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə keçiriləcək. Kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2024-cü il iyulun 15-dən avqustun 15-dək Ağsu rayonunda kənd təsərrüfatının sınaq siyahıyaalınması keçiriləcək. Qərara əsasən, kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar İstiqamətləndirici Komitə yaradılıb və İstiqamətləndirici Komitənin tərkibi təsdiqlənib. Komitənin tərkibində bir sıra rəsmi orqanlar - Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbər şəxsləri yer alır. Qərarda siyahıyaalınmada iştirak edəcək qurumların vəzifələri konkret göstərilir. Qeyd edilir ki, qərarın qəbul edilməsi ilə təsərrüfatların fəaliyyəti, kənd təsərrüfatı məhsullarının istehsalı, torpaqlardan istifadə və onların suvarılması vəziyyəti, istifadə edilən toxumların mənbəyi, gübrə və pestisidlərdən istifadə, cinslər üzrə heyvan və quşların sayı, istifadə olunan yemin növləri, akvakultura, kənd təsərrüfatı təyinatlı tikililər və texnika, işçi qüvvəsi və s. barədə aktual məlumatların əldə edilməsinə, həmçinin cari statistik uçot məlumatlarının dəqiqləşdirilməsinə, kənd təsərrüfatında baş verən proseslərin qiymətləndirilməsinə, o cümlədən son siyahıyaalmadan ötən dövr ərzində baş vermiş struktur dəyişikliklərin təhlilinə, aqrar bölmədə həyata keçirilən dövlət siyasətinin informasiya təminatının yaxşılaşdırılmasına və bu sahənin gələcək inkişafı ilə bağlı qərarların qəbul edilməsi üçün statistik məlumat istifadəçilərinin keyfiyyətli məlumatlarla təmin edilməsinə imkan yaradacaq.
İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında istehza ilə bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyi çiynini “çox böyük iş”in altına verir:
- Niyə 2025-də edirlər, gözləsinlər 2030-da edərlər... Ay Allah saxlamışlar, bunu 2010, heç olmasa 2015-də etməliydiniz... Hələ bunlar ciddi-ciddi indi hazırlaşırlar, “start” götürürlər, 2025-ə!..
İqtisadçı qeyd etdi ki, ölkəmizdə qeyri-neft sektorunun əsas “driver”i məhz kənd təsərrüfatı hesab edilir:
-Ona görə də indiyədək elektron sistem yaradılmalıydı. Peyk, “PUA” əsrindəyik, bizimsə kənd təsərrüfatı ilə bağlı elektron bazamız yoxdur. Gülməlidir, vallah... Bu, adicə təftişdir, bilək ki, ölkədə nə qədər təsərrüfat var, nə əkilir, nə becərilir, nə yetişdirilir, nə qədər torpaq sahələrindən təyinatı üzrə istifadə olunur, nə qədər məhsul əldə olunur, nə qədəri tələf olur, sahibkarlar aldıqları krediti təyinatı üzrə xərcləyirmi, Aqrolizinqlər kimə, hansı təsərrüfatlara nə qədər texnika verib, nə qədər fermerə subsidiya ayrılıb və nə qədər... Bütün bu məlumatlar indiyədək əlimizin altında olmalıydı. Bir düyməni basıb istədiyimiz məlumatı əldə etməliydik. Bu ölkədə işləyən təkcə cənab Prezidentdir. Ondan nümunə götürsün, nazirlər, məmurlar. Siyahıyaalınma üçün İstiqamətləndirici Komitə yaradırlar. Baxdım, siyahıya, komitəyə daxil edilməmiş bur qurum qalmayıb. Bu qədər strukturu ora toplamağın nə mənası var? İcra başçısından tutmuş bələdiyyə sədrlərinədək hamı ordadı. Heç əhalinin siyahıya alınmasında bu qədər qurum iştirak etmir. Dövlətin büdcəsini belə mənasız komitələrin, komissiyaların yaradılmasına sərf etmək olmaz. Konkret bur qurum məşğul olmalıdır bu işlə. İşləri, peşələri yazıb-pozmaqdır. Bu siyahıyaalma keçmişin işi idi, görülüb bitməliydi, bunlarsa hələ gələcəkdə görəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol