Kəramət Manafdan kömək istədi – “Sözünüzdən çıxmaz”
Kəramət Manafdan kömək istədi – “Sözünüzdən çıxmaz”
09:29 28.03.2024
Cəmiyyət
471
Dünəndən bəri istər yerli mətbuatın, istərsə də sosial medianın gündəm mövzularından biri də müğənni-aşıq qarşıdurması olub.
Bilməyənlər üçün deyək ki, Aşıq Mübariz və müğənni Pünhan bir-birinin ünvanına xoşagəlməz ifadələr işlədiblər.
İş o yerə çatıb ki, Pünhan Piriyev sonda videomüraciət yayaraq təhlükəsizliyi ilə bağlı müvafiq orqanlardan kömək istəyib.
“Kişi belə etməz”, “onda çatmır”, “kişiliyimə, qeyrətimə and olsun”, “dizlərini yerə ataram”, “qorxmuram səndən” və s kimi sözlər mübahisədə diqqət çəkib.
Şou-biznes nümayəndələri arasında yaranmış qalmaqal səngimək bilmədiyi zamanda müğənni Manaf Ağayev hadisəyə müdaxilə etmək qararına gəlib. Özünün dediyinə əsasən, ona zəng edib məsələyə ağsaqqal kimi münasibət göstərməsini istəyiblər.
Sənətçi tərəfləri medianın iştirakı ilə görüşə çağırıb və müzakirənin bir hissəsi ictimaiyyətə təqdim olunub, bir hissəsi isə kamera arxasında gizli qalıb. Nəticədə aşıq-müğənni qarşıdurmasına son qoyulub, onlar Manaf Ağayevin ağsaqqallığını və vasitəçiliyini qəbul edərək barışıblar. Arada olan bütün söz-söhbətləri unudublar.
Görüntülər sosial mediada birmənalı qarşılanmayıb. Onların arasında olan ağır söz davasından sonra polisə müraciətə, ardınca isə Manaf Ağayevin gərginliyə kamera önündə vasitəçi kimi müdaxilə etməsinə qeyri-ciddi münasibət göstərənlər də olub.
Tərəflərin barışığına isə yazıçı Kəramət Böyükçöl özünəməxsus şəkildə fikir bildirib.
O, Manaf Ağayevdən kömək istəyərək siyasətçi Tural Abbaslı ilə barışmasında vasitəçi olmasını rica edib.
“Bizdən sonra da Rusiya ilə Ukraynanı barışdırarsınız, sizin sözünüzdən çıxmazlar. Deyin, ayıbdır, bir-birinizi qırmayın, dünya sizə baxır”, – o yazıb.
Xəbər lenti
Hamısına bax
Tramp impiçment ediləcək? - ABŞ lideri qorxularından danışdı
15:21 22.08.2026
Dünya
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya
Avtoşluq edən sürücü həbs edildi
11:54 22.08.2026
Hadisə
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
11:42 22.08.2026
Hadisə
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
11:35 22.08.2026
Dünya
Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
11:23 22.08.2026
Dünya
Tayvan sahillərində hissedilən zəlzələ olub
11:18 22.08.2026
Dünya