Lerikdə şəhid abidəsinə qarşı tərbiyəsizlik - Saxlanılan var
08:29 13.09.2024
Cəmiyyət
452
Lerik rayonunun Monidigah kəndində Birinci Qarabağ müharibəsi şəhidi mayor Sabir Əliyevin xatirəsinə inşa edilmiş bulaq kompleksi yararsız hala salınıb. Şəhidin mərmərdən olan fotosunun üzəri cızılıb.
Bu iddia ilə "Qafqazinfo"ya şəhidin yaxını Ramin Nəzərov müraciət edib.
Onun sözlərinə görə, hadisə sentyabrın 7-si gecə saatlarında baş verib:
"Sentyabrın 8-də şəhidin adına bulaq kompleksinin açılışı olmalı idi. Bir gün əvvəl gecə saatlarında şəhidin abidəsi üzərində vandalizm hərəkətləri ediblər. Səhər gəlib gördük ki, bulağın özünə və yeni salınmış körpüyə heç bir zərər vurulmayıb, ancaq şəhidin portreti bu hala salınıb. Açılışa şəhid ata-anaları gəlmişdi, onlar da bunu görüb sanki yaraları təzələndi".
R.Nəzərov bildirib ki, açılış bitəndən sonra hadisə ilə bağlı polisə məlumat verilib:
"Hadisədən 5 gün keçməsinə baxmayaraq, hələ ki, saxlanılan yoxdur. Bu açıq-aşkar təxribatdır, dövlətə qarşı, onun azadlığı uğrunda canından keçən şəhidə qarşı vandallıqdır. Biz istəyirik ki, bu hadisəni törədənlər dərhal müəyyənləşdirilsin".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran Regional Qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, artıq hadisəni törədən şəxs tapılıb:
"Araşdırma zamanı xatirə bulağının üzərindəki mərmər lövhəyə zərər yetirən şəxsin həmin kəndin sakini Azad Abdullayev olduğu müəyyən edilib. Həmin şəxs saxlanılıb və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Abdullayev inzibati qaydada həbs edilib".
Qeyd edək ki, Sabir Xeyrulla oğlu Əliyev I Qarabağ müharibəsində Ağdam və Füzuli istiqamətində vuruşub, 1994-cü ildə Horadizin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Hazırda Monidigah kənd tam orta məktəbi şəhidin adını daşıyır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi