Mayda hava iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Mayda hava iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Yusif Sultanoğlu
10:34 30.04.2024
Cəmiyyət
620
May ayında ölkə ərazisində havanın temperaturu günbəgün artır. İqlim dəyişmələrinin təsiri digər aylarda olduğu kimi may ayında da ölkə ərazisindən yan keçmir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, son illərdə may ayında hava şəraiti ötən illərlə müqayisədə daha çox dəyişkən keçib. May ayında ilin fəslinə uyğun olaraq isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində temperatur və təzyiq fərqləri yaranır. Bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı əksər rayonlarda iqlim normasına yaxın olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-21 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir.(norma 33-62 mm)
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 68-122 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 12-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir (norma 52-103 mm).
Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 17-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 43-67 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 27-32 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 26-166 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 19-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 26-62 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 29-33 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 41-72 mm).
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiflənsə də yeyilə bilən qidalar hansılardır?
23:57 27.06.2026
Sağlamlıq
Netanyahu: ABŞ və Livan İsrailin bu hüququnu tanıyıb
23:50 27.06.2026
Dünya
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
23:46 27.06.2026
İdman
Kral saraydan gedir
23:32 27.06.2026
Dünya
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
22:49 27.06.2026
Dünya
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə