
Məktəblərdə təhlükə: Narkotikdən istifadə gənclər arasında artıb
Yusif Nəzərli
11:47 04.10.2023
Cəmiyyət
663
Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığında narkotik maddələrin satışı iddiaları ilə bağlı daxil olan məlumatlar nəzarətə götürülərək araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin (DİN) əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs, paytaxt sakini 1987-ci il təvəllüdlü Zaur Hacıyev müəyyən olunaraq saxlanılıb.
Onun üzərindən külli miqdarda - 102 qram narkotik vasitə olan heroin aşkar edilib. Araşdırma zamanı Z.Hacıyevin narkotik maddələrin satışını təşkil etməklə bərabər aludəçisi olduğu, həmçinin onunla birlikdə görüntülənən şəxslərin məktəb şagirdləri yox, narkotik vasitə istifadəçiləri olduqları müəyyən edilib.
Mövzu ilə bağlı “Sherg.az"aaçıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəblərdə bu təhlükənin qarşısının alınması üçün əlavə tədbirlər görülməlidir:
"Günümüzdə narkotik vasitələr gənclər arasında ciddi çoxalıb. Baxmayaraq ki, istər Dövlət Təhlükəsizlik Xidməti, istərsə də Daxili İşlər Nazirliyi buna qarşı barışmaz mübarizə aparır. Ancaq sosial şəbəkələr vasitəsi ilə reklam gedir. Təəssüf ki, məktəblərimizə yaxın ərazilərdə nəzarət o qədər də güclü deyil. Mexanizim tərəfdən rəqəmlərə baxsaq, ölkədə 4432 orta məktəb var, bunlardan 320 -si Bakıda yerləşir. Paytaxt məktəblərində 481 minə yaxın şagird təhsil alır".

"Hazırda daimi hərəkətdə olan post-patrol avtomobillərini məktəblərin ərazisində görürük. Düşünürəm ki, məktəblərin Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən mühafizə edilməsinin vaxtı çatıb. Bundan başqa məktəblərə yaxın ərazilərdə nəinki narkotik, umumiyyətlə siqaretin şatışı qadağan olunmalıdır. Məktəblərə nəzarət mexanizmi mütləq şəkildə polis əməkdaşları tərəfindən qorunmalıdır ki, şübhəli şəxslər varsa, onlar zərərsizləşdirilsin. Məktəbin yaxınlığında köhnə tikililər və yaxud diqqətdən kənarda qalan yerlərə nəzarət olunmalıdır ki, xoşagəlməz vəziyyətlər üçün istifadə edilməsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm