
Mərhəmət qatilləri: İnsanlar asan yolla varlanmağın hər variantını yoxlayırlar -RƏY
11:25 28.02.2025
Cəmiyyət
337
Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanılıb.
DİN xəbər verir ki, fevralın 27-də şəhidin adından istifadə edib pul yığılması barədə polisə məlumat daxil olub.
Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 23 yaşlı Nəbi Cəfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, şəhidlərin, fiziki məhdudiyyətli insanların şəklini paylaşaraq pul yığan şəxslər ilə çox rastlaşırıq:

“Bu üsullar ilə insanlar asan yolla varlanmağın hər variantını yoxlayırlar. Texnoloji imkanlar da bu cəhətdən onlara kömək edir. Monitor arxasında hər cür hadisə, və xəstəlik uydurmaq mümkündür. Çünki səni kimsə görmür. Bu səbəblə də foto və video ilə paylaşım edib insanların mərhəmətindən istifadə edirlər. Bizim insanlarımız da həddindən artıq mərhəmətli və ürəyi yumşaq olduğuna görə bu cür vəziyyətlərə biganə qala bilmirlər. Əksər insanlar kömək edib və sonradan fırıldaqçı olduğunu anlayıb. Yəni bunu ilk baxışda anlamaq olmur. Çünki insanlar mərhəmətinə və qarşı tərəfin ehtiyacının böyüklüyünə inanaraq kömək edir. Ümumiyyətlə onlayn yardımlaşma statuslarının yerli İcra Orqanının təşkilatçılığı ilə olması daha yaxşıdır. Hər hansı bir icra orqanı buna rəy verməli və o rəyin əsasında paylaşım edilməlidir. Hamı da bilməlidir ki, əgər müəyyən edilmiş orqan buna rəy veribsə, demək ki, fırıldaqçı deyil. Amma belə başa düşürəm ki, bu cür fırıldaqçıların o rəyin də saxtasını yaratma imkanları var. Çünki beyinləri normal insan beynindən fərqli işləyir. Onlar asan pul qazana bilmək üçün hər yoldan istifadə edə bilirlər. Həmin insanların mənəviyyatları, əxlaqları və həyaları yoxdu. Artıq ustalaşıblar və yaxın günlərdə milli qəhrəman Hökumə xanımın atasının kartından pul çəkmişdilər. Dövlət həmin fırıldaqçını anında tapdı, və pulu geri qaytardı. Demək ki, müdaxilə etmək əslində mümkündür. Ona görə də Hüquq mühafizə orqanları mümkün variantlarda müdaxilə etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya
Azərbaycan nefti bahalaşıb
10:25 16.05.2026
İqtisadiyyat