Mətbuat katibi: “Hava məlumatlarının ciddi şəkildə izlənilməsini tövsiyə edirik, təhlükə nəzərə alınmalıdır”
Yusif Nəzərli
11:10 28.07.2024
Cəmiyyət
391
Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə bu gün və sabah ölkənin bir sıra ərazilərində leysan yağışlar yağacaq, bəzi çaylardan sel keçəcək.
Sherg.az APA-ya istinadən xəbər verir ki, gözlənilən hava şəraiti ilə bağlı ETSN-nin mətbuat katibi İradə İbrahimova müraciət səsləndirib.
"Sel-daşqın hadisələrinin olması ehtimalı barədə hidrometeoroloqlar tərəfindən verilən xəbərdarlıqlar diqqətə alınmalı, daşqın yarana biləcəyinə görə, çay vadilərində və ona yaxın yerlərdə dayanmağın təhlükəsi nəzərə alınmalıdır.
Əfsus ki, insanlar bəzən sel hadisəsinin yaradacağı fəsadların fərqinə varmır, təhlükənin ciddiliyini nəzərə almır, ərazini tərk etmirlər. Axının hər an istiqamətini dəyişə biləcəyi və fəsadlar törədəcəyi daim diqqətimizdə olmalıdır".
Nazirlik sözçüsü bir daha xatırlatma edərək bildirib ki, hava ilə bağlı verilən xəbərdarlıqlara biganə münasibət göstərilməməli, əksinə, bu, həmin gün üçün fəaliyyətimizin əsas faktoru olmalıdır.
"Verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür və bu mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır. Ardıcıl olaraq vətəndaşlarımızın hava durumu barədə məlumatlandırılması, xəbərdarlıqların verilməsinin də məqsədi budur. Odur ki, mütəmadi olaraq yenilənən hava məlumatlarının ciddi şəkildə izlənilməsini tövsiyə edirik."
İ.İbrahimova bildirib ki, hava şəraiti ilə əlaqədar sinoptiklər tərəfindən ictimaiyyətə mütəmadi yenilənmiş məlumatlar təqdim olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya