Metrodakı baltalı adam polis nəzarətində olacaq
Yusif Nəzərli
01:22 07.07.2022
Cəmiyyət
407
Xuliqanlıq edən şəxs inzibati məsuliyyətə cəlb edilə bilər, yaxud da cərimə olunacaq
Metroda balta ilə sərnişinləri hədələyən şəxs həbs edilib. DİN Mətbuat Xidmətinin məlumatında bildirilir ki, “Tik-Tok” sosial şəbəkəsində videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilib və o, saxlanılıb. İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib.
"Bu gün insanlar ictimai nəqliyyatdan - avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir", - açıqlamada deyilir. Hazırda faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri həyata keçirilir.
Hüquqşünas Adəm Məmmədov “Şərq”ə açıqlamasında bildirib ki, konkret bu əməldə cinayət tərkibi olmadığı üçün şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:
- Balta soyuq silahdır. Soyuq silahla konkret cinayət əməli törədildikdə AR CM-nin uyğun maddələriylə cinayət işi açılır. Bu şəxsin hərəkətində isə cinayət əməli yoxdur. Burada təhdid var. Amma təhdidin də konkret ünvanı yoxdur. Təhdid də real olmaldıır, kiməsə qarşı yönəlmiş olmalıdır ki, şəxs barəsində cinayət işi açılsın. Kiminsə əlində silah tutub “öldürəcəyəm, kəsəcəyəm” deməsi, kimisə öldürməsi anlamına gəlmir. Bu, sadəcə, xırda xuliqanlıq əməlidir. Buna görə həmin şəxs inzibati məsuliyyətə cəlb edilə bilər, yaxud da cərimə olunacaq. Polis tərəfindən ona xəbərdarlıq ediləcək, polisin diqqətində, nəzarəti altında olacaq.
A.Məmmədov sosial şəbəkələrin yersiz, mənasız, bəzən təhlükəli əyləncə müstəvisinə çevrilməsindən təəssüfləndiyini də bildirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm