“MİLLİyÖN”süz terminalların yarıtmazlığı.. – Şikayət çox, işə baxan yox !
Fidan Həmişəyeva
11:35 24.08.2020
Cəmiyyət
767
Sahib Məmmədov: “Mən də istehlakçı kimi “MilliÖn” aparatlarından zərər çəkirəm”
“Bir az öncə 10 manat yüklədim. Amma balansın boş olduğu görünür. Qəbzdə isə 10 manatın yükləndiyi qeyd olunur”
“MilliÖn”ün şikayət prosedurları qəlizdir. Şikayət üçün mütləq ofisə getmək tələb olunur”
“Halbuki xalqa xidmət edən müəssisənin özü xalqın yanına gəlməlidir”
Bakı sakinləri “MilliÖn” terminallarının işləməməsindən narazıdır. Bu barədə sosial şəbəkədə paylaşım edilib. Vətəndaşların sözlərinə görə, paytaxtın Yasamal rayonu, H.Cavid prospektində (20 nömrəli məktəb-lisey yaxınlığı) quraşdırılan 2 ədəd “MilliÖn” terminalının heç biri işləmir:
“Aparatlar səhərdən camaatın pulunu götürür, amma karta yükləmir. O qədər adamın bəlkə də onda biri çekini saxlayıb, ödənişini bərpa edəcək. Qalan adamların pulları getdi. İnsanların əsəblərinin korlanması, işə gecikməsi də bir yandan. Bu ilk dəfə deyil, yeqin son da olmayacaq. Bu problemi kimə deyək, necə həll edək? “MilliÖn” çağrı mərkəzini də yığırsan, cavab verən yoxdur.
“İnşaatçılar” metrostansiyasının çıxışında quraşdırılan “MilliÖn” terminalında da vəziyyət eynidir”.
Yaranmış vəziyyətlə əlaqədar “MilliÖn” şəbəkəsi ilə əlaqə saxlamaq isə mümkün olmur. “ *0010 ” qaynar xəttinin 7 gün 24 saat “xidmətdə” olduğu yazılsa da, ya cavab verilmir, ya da problemin həlli üçün vətəndaşlar ofisə dəvət edilir. Bir sözlə, əllərindən gələni edirlər ki, proses uzansın və insanların əsəbi tarıma çəkilsin.
Baş verənləri “Sherg.az”a şərh edən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov da “MilliÖn” aparatlarının yarıtmazlığından əziyyət çəkdiyini deyib. Liqa sədri eyni problemlə qarşılaşdığını bildirib:
“Bir az öncə 10 manat yüklədim. Amma balansın boş olduğu görünür. Qəbzdə isə 10 manatın yükləndiyi qeyd olunur. “MilliÖn”lə bağlı belə hallar çox olur. Bəzi vaxt xəta baş versir və aparatın ekranında xəta olduğu göstərilir. Amma elə hallar da olur ki, aparat pulu geri qaytarmır, lakin çekdə də “yükləndi” göstərmir. Bir də var ki, çeki alıb görürsən ki, “ödəniş qəbul edildi” yazılır və pul yüklənmir. Sonra gedib baxırsan ki, balansda pul yoxdur. Mən də istehlakçı kimi “MilliÖn” aparatlarından zərər çəkirəm”.
S.Məmmədov “MilliÖn”ün şikayət prosedurlarını qəliz olduğunu diqqətə çatdırıb:
“Şikayət üçün mütləq ofisə getmək tələb olunur. Halbuki xalqa xidmət edən müəssisənin özü xalqın yanına gəlməlidir. Məsələn, xəta baş verib, yüklənmə olmayıbsa, qəbz skan edib onlara göndərmək olar. Onlayn formada tədbir görülə bilər. Təəssüf ki, quraşdırılan terminallar mükəmməl sistem deyil. Çoxlu xətalar baş verir. Belə hallar istehlakçı hüquqlarının pozulmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı
00:18 30.06.2026
Cənubi Qafqaz
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
23:59 29.06.2026
Dünya
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol