Müəllimlərin işə qəbulu imtahanında nələr baş verdi?: Araşdırmalara başlanılıb - AÇIQLAMA

Təhsil Nazirliyinin dünən keçirdiyi Müəllimlərin işə qəbulu imtahanında Riyaziyyat fənni üzrə olan imtahanda istifadə olunmuş sualların imtahandan öncə bəzi iştirakçılara müəllif-ekspert tərəfindən göndərilməsi iddia edilib.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Təhsil İnstitutundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial media resurslarında riyaziyyat fənni üzrə test imtahanlarına dair səsləndirilən fikirlərlə bağlı müvafiq araşdırmalar aparılır:

"Fənn müəllimləri və ekspertlərin iştirakı ilə aparılan araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".