“Nərmin işi” niyə uzanır? – “Kartlar" açılır: “Hakim ortada qalıb”
Yusif Nəzərli
15:30 15.07.2022
Cəmiyyət
1010
“Nə özündə cəsarət toplayıb qərar qəbul edə bilir, nə də geri addım ata bilir. Ona görə də hələ ki düşünürlər”
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
APA-nın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə araşdırılan cinayət işi ilə bağlı baxış iclasının təxirə salınmasına səbəb işə baxan hakim heyətindən birinin əmək məzuniyyətində olması olub. Proses qeyri-müəyyən müddətə qədər təxirə salınıb.
Maraqlıdır, 3 ilə yaxındır davam edən məhkəmə prosesi niyə hələ də öz həllini tapmır ?
Sualımızı cavablandıran hüquqşünas Adəm Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, hakim artıq işin sübuta yetmədiyini başa düşüb:
“Bu gün Azərbaycanın ədalət mühakiməsi imtahan qarşısındadır. Yəni, qəbul edilən qərar ölkədə məhkəmə sisteminin hansı vəziyyətdə olduğunu nümayiş etdirəcək. Bu məsələ aktual, cəmiyyət və media nümayəndələrinin diqqət mərkəzində olan bir prosesdir. Burada həm də prokurorluğun basqısı və diqqəti var. Çünki sual ortaya çıxır ki, şəxs təqsirsizdirsə, onu niyə məhkəməyə veriblər ? Adətən belə mürəkkəb işlərdə hakim hökm çıxara bilmir. Çünki bu “yuxarı baxsa bığ, aşağı baxsa, saqqal” söhbətidir. Hakim ortada qalıb. Nə özündə cəsarət toplayıb qərar qəbul edə bilir, nə də geri addım ata bilir. Ona görə də hələ ki düşünürlər.
Bu işi yaxından izləyirik, mətbuatda görürük, hətta mənə də bu işlə bağlı təklif olunub ki, müdafiə edim. Mən də bu işə qoşula bilərəm”.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm