Novella Cəfəroğludan sərt sözlər: "Moskvadan gəlib 14-15 yaşlı qız alır və..." - SOS
Fidan Həmişəyeva
10:34 19.10.2019
Cəmiyyət
848
Şəkidə yetkinlik yaşına çatmayan qızın hamilə olması ilə bağlı faktlar ortaya çıxıb. Belə ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Q.N. müraciət edib.
Suçma kənd icra nümayəndəliyindən verilən məlumata görə, qız erkən yaşda ərə gedib. Göygöl rayon sakini Q.N. Suçma kənd sakini, 22 yaşlı Babayev Bilal Möhəbbət oğlu ilə rəsmi nikah olmadan birlikdə yaşayıblar. Q.N. səhhətindəki problemlərlə bağlı həkimə müraciət edib. Nəticədə, onun hamilə olduğu məlum olub.
Məsələni dəyərləndirən hüquq müdafiəçisi Novella Cəfəorğlu Sherg.az-a bildirib ki, 10 il öncə erkən nikahlarla bağlı ciddi məsələ qaldırıb:
“Ölkəmizdə erkən nikahlarla bağlı qanun da qəbul olunub. Əvvəllər bu problemi ictimailəşdirərək bütün rayonları gəzirdik. Həmçinin həmin rayonlardakı bələdiyyə və icra hakimiyyəti nümayəndələrini, rayonun imam və mollalarını yığırdıq. Onlara deyirdik ki, erkən nikah məsuliyyəti sizin üzərinizdədir və bu nikahlara siz imza atırsız. Belə olduğu təqdirdə onlar erkən nikahların olmasından qorxurdular. Daha sonra isə müəyyən qrantları ləğv elədilər deyə QHT-lər rayonlara gedə bilmədilər və nəticədə insanlarla görüşlər, maarifləndirmə mümkün olmadı. Hazırda Heydər Əliyev fonduna erkən nigahlarla bağlı yazmışıq. Bütün kənd və rayonlara gedib erkən nigah məsələsini qaldırıb ictimailəşdirmək lazımdır. Bu sosial problemdir. Həddi buluğa çatmayan uşaqların ailə qurması düzgün deyil. Çoxu Moskvadan gəlib 14-15 yaşlı qız alır və toydan sonra qızı qoyub yenidən Moskvaya yola düşür. Bu zaman çoxlu sayda problemlər yaşanır. Həmin azyaşlı qızlar uşaq dünyaya gətirirlər, bəzən qaynanaları tərəfindən evdən qovularaq küçələrdə qalırlar. Nə aliment ala bilirlər, nə də özlərini müdafiə edə bilirlər. Ona görə də, məsələ çox vacibdir və problemi həll etmək lazımdır. Yerli televiziya və KİV-lər də bu məsələdə çox diqqətli olmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi